Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Beynəlxalq səyyahlar Ağdama səfər ediblər
Bir qrup beynəlxalq səyyah Ağdama yola düşüb.
"Report"un məlumatına görə, turistlər işğal illərində Ermənistanın Ağdamda törətdikləri dağıntılar, davam edən bərpa və tikinti işləri ilə tanış olublar.
Bundan başqa, səyyahlar bərpa edilmiş Ağdam məscidini və Şəhidlər Xiyabanını ziyarət ediblər.
Qonaqlara şəhərin işğal və dağıntıdan əvvəlki tarixi fotoşəkilləri də nümayiş etdirilib.
Xatırladaq ki, 35 beynəlxalq səyyahdan ibarət heyət bu gün Şuşaya səfər edib.
Səfər dünyamiqyaslı MTP (Most traveled People) təşkilatı tərəfindən təşkil olunub.
Son 4 il ərzində 50-yə yaxın ölkədən 360-dan çox beynəlxalq səyyah Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edib. Səyyah Çarlz Veylinin rəhbərlik etdiyi qrupun səfəri bu qəbildən olan sayca 11-ci səfərdir. Bu səfərdə 13 ölkədən - ABŞ, Böyük Britaniya, Almaniya, İsveçrə, Norveç, İsveç, Portuqaliya, Filippin, Polşa, Macarıstan və digər ölkələrdən səyyahlar iştirak edirlər.
Daha çox şəkil burada: PhotoStock.az
Beynəlxalq səyyahlardan ibarət heyət Şuşaya səfər edib.
"Report"un məlumatına görə, xarici qonaqlar şəhərdə aparılan bərpa işlərinin gedişi ilə tanış olub, həmçinin Şuşa qalasına baş çəkiblər.
Səfər dünyamiqyaslı MTP (Most traveled People) təşkilatı tərəfindən təşkil olunub.
Son 4 il ərzində 50-yə yaxın ölkədən 360-dan çox beynəlxalq səyahətçi Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edib. Səyyah Çarlz Veylinin rəhbərlik etdiyi qrupun səfəri bu qəbildən olan sayca 11-ci səfərdir. Bu səfərdə 13 ölkədən - ABŞ, Böyük Britaniya, Almaniya, İsveçrə, Norveç, İsveç, Portuqaliya, Filippin, Polşa, Macarıstan və digər ölkələrdən səyahətçilər iştirak edirlər.
Beynəlxalq səyyahlar bu gün Xocavənd, Şuşa, Xankəndi və Ağdamda olacaq, iyulun 26-da Şərqi Zəngəzura, iyulun 27-də isə Zəngilan və Cəbrayıla səfər edəcəklər.
Daha çox şəkil burada: PhotoStock.az
Bir qrup beynəlxalq səyyahın Qarabağa və Şərqi Zəngəzura səfəri başlayıb.
"Report" xəbər verir ki, səfər dünya miqyaslı dörd nəhəng səyyah klubundan biri olan MTP (Most Traveled People) səyahət klubu tərəfindən təşkil olunub.
Heyətə dünyanın ən böyük səyyahları siyahısında adı ilk onluğa düşmüş Çarlz Vilinin (Charles Veley) rəhbərliyi ilə 13 ölkədən 35 tanınmış səyyah daxildir. Bu ölkələr sırasında ABŞ, Böyük Britaniya, Almaniya, İsveçrə, Norveç, İsveç, Portuqaliya, Filippin, Polşa, Macarıstan və digərləri də var.
Qarabağa səfərləri Füzulidən başlayan səyyahlar iyulun 25-də Şuşa-Xankəndi-Ağdam marşrutu üzrə hərəkət edəcək, Xocavənddə, Şuşada, Xankəndində və Ağdamda olacaqlar. iyulun 26-da Şərqi Zəngəzura - Laçına, iyulun 27-də Zəngilan və Cəbrayıla (Xudafərin körpüsü) səfər edəcəklər. Onlar üçgünlük səfər çərçivəsində Ermənistanın işğalı altında olduğu illərdə Qarabağ regionunda baş vermiş dağıntılarla, həmçinin rayonda aparılan bərpa işləri ilə tanış olacaqlar.
Qeyd edək ki, MTP bundan əvvəl üç dəfə Qarabağ və Şərqi Zəngəzura səfər edib, bu həmin klubun işğaldan azad edilən ərazilərə sayca dördüncü səfəridir. Vətən müharibəsindən ötən dörd il ərzində isə 50-ə yaxın ölkədən 400 nəfərə yaxın beynəlxalq səyahətçi böyük qruplarla Qarabağ və Şərqi Zəngəzura on dəfə səfər edib. Bugünkü səfər bu qəbildən olan sayca 11-ci səfərdir. Bu səfərlər azad edilmiş ərazilərdəki böyük dağıntılar və aparılan nəhəng quruculuq-bərpa işləri ilə yerində tanış olmağa imkan yaratmaqla, reallıqların dünyaya nümayişi üçün müstəsna əhəmiyyət daşıyır. Beynəlxalq səyyahların sosial mediada dünyanın ən müxtəlif bölgələrindən xeyli sayda izləyici ordusu var.
MTP (Most Traveled People) səyahət klubunun təsisçisi və rəhbəri, amerikalı səyyah Çarlz Vili bir neçə gün əvvəl "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə" mövzusunda II Şuşa Qlobal Media Forumununda da iştirak edib. O həmin forumda "feyknyus"ları ifşa etməkdə beynəlxalq səyahətçilərin rolunu vurğulayıb, bir sıra xarici media orqanlarında Qarabağ barədə təqdim olunan saxta məlumatlarla yerində gördükləri arasında kəskin fərqi izah edib.
"II Şuşa Qlobal Media Forumu" teqi üzrə xəbərlər
- Şuşada keçirilən mediaforum zamanı hansı bəyanatlar İrəvanı heyrətə gətirdi?
- Mariya Zaxarova II Şuşa Qlobal Media Forumunun əhəmiyyəti haqqında danışdı
- Fransanın keçmiş və hazırkı koloniyaları haqqında tədqiqat təqdim edilib
- İlham Əliyevin Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirlər ərəbdilli mətbuatda
- Sizə xəbərimiz var: 22.07.2024-ün ən mühüm hadisələri