Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Bələdiyyələrlə bağlı qanun layihəsi üçüncü oxunuşda təqdim edilib
"Bələdiyyələrin statusu haqqında" Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi üçüncü oxunuşda təqdim edilib.
Oxu.Az xəbər verir ki, bununla bağlı qanuna təklif olunan dəyişiklik parlamentin bugünkü plenar iclasda müzakirəyə çıxarılıb.
Bununla bağlı Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov məlumat verib. O bildirib ki, qanun layihəsinə, sadəcə, texniki düzəliş edilib:
"Qanun layihəsindəki "elektron portal" sözləri "informasiya vasitəsi" sözləri ilə əvəz edilir. Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib".
Mərahim Nəsib
"Siyavuş Novruzov" teqi üzrə xəbərlər
Ən çox oxunanlar