Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Kobaxidze: "2028-ci ilin sonunadək Aİ ilə danışıqları dondurur, qrantlardan imtina edirik"
"2028-ci ilin sonuna qədər Avropa İttifaqına üzvlük məsələsi ilə bağlı danışıqları dondurmağa qərar vermişik".
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze "Gürcü Arzusu" partiyasının ofisində keçirdiyi brifinqdə bildirib.
İ.Kobaxidze qeyd edib ki, Avropa İttifaqına üzvlük müzakirələrinin başlanması ölkəni təhdid etmək üçün alət kimi istifadə olunur və əlavə edib ki, əvvəllər eyni şey namizədlik statusu məsələsində də baş vermişdi.
Baş nazir, həmçinin Avropa Parlamentini Gürcüstanla bağlı qətnaməsinə görə tənqid edib.
O vurğulayıb ki, 2028-ci ilin sonunadək Tbilisi Aİ-nin qrantlarından da imtina edir.
"İrakli Kobaxidze" teqi üzrə xəbərlər
- İrakli Kobaxidze baş nazir postuna namizəd olacaq
- Gürcüstan parlamentinin ilk iclasının vaxtı açıqlandı
- Gürcüstan baş naziri: "Azərbaycanın COP29-a ev sahibliyi etməsi əladır"
- Gürcüstanda tezliklə prezident seçkisi keçirilə bilər: Nazirdən açıqlama
- İrakli Kobaxidze: "COP29 Cənubi Qafqaz regionu üçün mühüm hadisədir"
Rəylər