Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Ölüm xəbəri yayılan müğənninin son durumu açıqlandı
Ölüm xəbəri yayılan Mansur Samedin son durumu açıqlanıb.
Oxu.Az-a daxil olan məlumata görə, hazırda müğənninin səhhəti ağır olaraq qalır.
"O xəstəxanaya yerləşdirilib. Beyninə qan sızıb. Ölüm xəbərinə görə hər kəs narahat olub. Hazırda səhhəti ağırdır, reanimasiya şöbəsinə yerləşdirilib", - deyə M.Səmədin yaxınları məlumat veriblər.
Müğənni Mansur Samedin ölüm xəbəri yayılıb.
Oxu.Az xəbər verir ki, yayılan məlumaya görə, müğənninin beyninə qan sızıb və o həyatını itirib.
Bu barədə Oxu.Az-a açıqlama verən onun köməkçisi Orxan Nəbizadə bildirib ki, hazırda müğənni xəstəxanalardan birinə yerləşdirilib:
"O xəstəxanalardan birinə yerləşdirilib. Beyninə qan sızıb, onun yanına gedirik".
Aytac Qasımova
Rəylər