Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin doğum günüdür
Bu gün Azərbaycan milli mətbuatının banisi, görkəmli maarifçi Həsən bəy Zərdabinin doğum günüdür.
Həsən bəy Zərdabi 1837-ci il iyunun 28-də Göyçay qəzasının Zərdab kəndində anadan olub. İlk təhsilini mollaxanada alıb, orta təhsilini Tiflisdə tamamlayıb. Moskva Universitetini bitirib.
İxtisasca təbiətşünas olan Zərdabi 1869-cu ildə Bakı şəhərində rus dilində orta məktəbdə təbiətşünaslıq fənnindən dərs deyib.
1873-cü ildə Nəcəf bəy Vəzirov və Əsgər ağa Adıgözəlov ilə birgə Mirzə Fətəli Axundov "Hacı Qara" və "Lənkəran xanının vəziri" komediyalarını tamaşaya qoyub.
1901-ci ildə Bakıda azərbaycanlı qızlar üçün ilk məktəbin açılmasında yaxından iştirak edib.
O, 1875-ci il iyulun 22-də Azərbaycanda ilk milli qəzet olan "Əkinçi"nin nəşrinə başlayıb. Lakin qəzetin ömrü uzun çəkməyib -1877-ci il sentyabrın 29-da nəşri dayandırılıb.
1880-1890-cı illərdə Həsən bəyin Bakıda və Tiflisdə çıxan "Ziya", "Kəşkül", "Kaspi", "Novoye obozreniye" və digər qəzetlərdə Azərbaycan və rus dillərində çoxlu elmi-kütləvi məqalələri nəşr olunub.
Ömrünün sonlarına yaxın Bakı Şəhər Dumasının maarif şöbəsində işləyib.
1907-ci il noyabrın 28-də vəfat edir və Köhnə Bibiheybət məscidinin yaxınlığında dəfn olunub.
Məzarı 1957-ci ildə Fəxri xiyabana köçürülüb.
Azərbaycan Təbiət Tarixi Muzeyi, Gəncə Pedaqoji İnstitutu Həsən bəy Zərdabinin adını daşıyır.
"Həsən bəy Zərdabi" teqi üzrə xəbərlər
- Leyla Əliyeva COP29 çərçivəsində dəniz canlılarına dair panel müzakirələrində iştirak edib
- Oxucu olmadan işıq üzü görən "Əkinçi" qəzeti
- Bakıda beş milyonluq xəzinə: Kilidlənmiş Quran, Davud peyğəmbərin nəğmələri
- Hacıbəy Heydərli: "Azərbaycan mətbuatı yeni mərhələyə qədəm qoyub"
- Bütün dövrlərdə həqiqət carçısı olan mətbuatımız 149 yaşında
Rəylər