Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Bakıda beş milyonluq xəzinə: Kilidlənmiş Quran, Davud peyğəmbərin nəğmələri
İyulun 22-si Azərbaycanda Milli Mətbuat Günü qeyd olunur. Bu günün adı, əlbəttə ki, Həsən bəy Zərdabi ilə, Həsən bəy Zərdabinin adı isə maarifçilik, mədəniyyət, inkişafla bağlıdır. Onun redaktorluğu ilə işıq üzü görən "Əkinçi" qəzeti Azərbaycan dilində yayımlanan ilk milli qəzetdir.
Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasının Nadir Kitablar və Kitabxana Muzeyi şöbəsində bir çox nadir və unikal kitablarla yanaşı, bugünkü mətbuatımızın təməl daşı, bünövrəsi sayılan, Həsən bəy Zərdabinin və Cəlil Məmmədquluzadənin Azərbaycanın inkişaf tarixinə əvəzolunmaz bir töhfəsi olan "Əkinçi" qəzetinin və "Molla Nəsrəddin" jurnalının ilk nümunələri saxlanılır.
Təxminən bir əsr əvvəl beş min nüsxə ilə fəaliyyətə başlayan Milli Kitabxanada hazırda beş milyondan çox kitab qorunur. Kitabxananın Nadir Kitablar və Kitabxana Muzeyi Şöbəsində görünüşünə, tərtibatına, ölçüsünə, çap tarixinə, çap üsuluna və s. görə nadir və unikal hesab olunan kitab, qəzet və jurnallar saxlanılır. Onların sırasına Nizami Gəncəvi, Məhəmməd Füzuli, Əlişir Nəvai kimi dahilərin kitablarının orijinal nüsxələri, kilidli cildə salınmış Quran, dəmir və fil sümüyü ilə işlənmiş, 150 məzmurdan (ruhani nəğmə) ibarət "Davudun Zəburu", içinə təbii kəhrəba yerləşdirilmiş nağıl kitabı, beş-altısı bir ovuca sığışan əsərlər də daxildir.
Oxu.Az-ın əməkdaşları həmin çap məhsullarının hansı şəraitdə və necə qorunub-saxlanılması ilə bağlı reportaj hazırlayıb:
Xanım Aydın
Rəylər