Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Kembric lüğəti "ilin sözü"nü açıqlayıb
Kembric İngilis Dili Lüğəti "manifest" ("manifestləşdirmək") feilini 2024-cü ilin sözü elan edib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Kembric Universitetinin Mətbuat Xidməti məlumat verib.
Universitetin bəyanatında bildirilir ki, bu il Kembric Lüğətinin saytında "manifest" sözü təxminən 130 min dəfə axtarılıb ki, bu da onu istifadəçilər arasında ən populyar sözlərdən birinə çevirib.
Lüğətin tərifinə görə, "manifestləşdirmək - istədiyiniz bir şeyə nail olduğunuzu təsəvvür etməyə kömək üçün vizuallaşdırma və təsdiqləmə kimi metodlardan (belə hərəkətlərin bu nailiyyətlərin ehtimalını artıracağına inanaraq) istifadə etmək" deməkdir.
Qeyd olunub ki, bu feildən əvvəlcə sosial şəbəkələr də daxil olmaqla müxtəlif özünüinkişaf qruplarının iştirakçıları istifadə etməyə başlayıblar, lakin zaman keçdikcə o, müğənni Dua Lipa və İngiltərə millisinin futbolçusu Olli Uotkins də daxil olmaqla dünya məşhurlarının leksikonuna daxil olub.
Eyni zamanda, Kembric Universitetinin əməkdaşları terminin elmi hesab edilə bilməyəcəyini etiraf ediblər.
Rəylər