Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Dövlət Vergi Xidməti: Saxta ünvanlarla "ƏDV Geri Al" adından dələduzluq edilir
Azərbaycanda "ƏDV Geri Al" layihəsi adından saxta elektron ünvanlarla dələduzluq həyata keçirilir.
Oxu.Az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.
Bildirilib ki, son zamanlar Dövlət Vergi Xidmətinin adından yaradılan saxta elektron resurslar vasitəsilə həqiqətəuyğun olmayan məlumatların yayılması və digər sui-istifadə halları artmaqdadır.
Kiberdələduzlar Dövlət Vergi Xidmətinin və quruma aid olan internet səhifələrinin elektron ünvanlarına oxşar saxta saytlar və səhifələr yaradaraq müxtəlif məzmunlu məlumatlar təqdim edir, yaxud saxta keçidə daxil olmaqla zərərli faylların istifadəçilərin elektron avadanlıqlarına yüklənməsini həyata keçirirlər.
Əhalinin "ƏDV geri al" layihəsi çərçivəsində www.edvgerial.az portalından fəal istifadə etdiyini nəzərə alan dələduzlar ƏDV-nin bir hissəsinin geri qaytarılmasını vəd edən saxta elektron ünvanlar yaradır və internet üzərindən vətəndaşların şəxsi və bank məlumatlarını ələ keçirərək onlara məxsus vəsaitləri mənimsəməyə çalışırlar.
Dövlət Vergi Xidməti ictimaiyyətə müraciət edərək heç bir halda şəxsi və bank məlumatlarını şübhəli portallara daxil etməməyə çağırır. Şəxsi həyatın toxunulmazlığını təmin etmək və maliyyə itkilərinə məruz qalmamaq üçün elektron ünvanların dəqiqliyinin yoxlanılması və yalnız rəsmi elektron mənbələrdən istifadə edilməsi zəruridir.
Xidmətin rəsmi internet resurslarının ünvanlarını bir daha ictimaiyyətin diqqətinə təqdim edirik:
Rəsmi internet saytı - www.taxes.gov.az
İnternet Vergi İdarəsi - www.new.e-taxes.gov.az
"ƏDV geri al" layihəsi çərçivəsində yaradılmış sayt - www.edvgerial.az
Yuxarıda qeyd olunanlarla bağlı hər-hansı şübhəli hallarla qarşılaşdıqda, bu haqda Dövlət Vergi Xidmətinə məlumat verilməsi xahiş edilir.
"Dövlət Vergi Xidməti" teqi üzrə xəbərlər
- Azərbaycanda vəzifəli şəxs işdən çıxarıldı
- Azərbaycanda yeni Vergi Məcəlləsi hazırlanır
- "Kartdan-karta" üsulu ilə işləyən daha 300-dən çox sahibkar cəzalandırıldı
- Vergi orqanının bir milyondan çox mülki iddia qaldırdığı sahibkara bəraət verildi
- "Şlyapa Zahid" məhkəmədə bankın xəzinədarları ilə üz-üzə gəldi