Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Bakı Fond Birjası yeni brend kimliyini təqdim etdi
"Əsas dəyərləri dürüstlük, davamlı inkişaf və tərəfdaşlıq olan Bakı Fond Birjasının (BFB) yeni brend kimliyində vizual elementlərlə yanaşı, yeni strategiyanın təşəbbüsləri də öz əksini tapıb".
Oxu.Az xəbər verir ki, bunu Bakı Fond Birjasının yeni brend kimliyinin təqdimatı ilə bağlı keçirilən mətbuat konfransında BFB-nin İdarə Heyətinin sədri Ruslan Xəlilov deyib.
"Brendin yenilənməsi birjanın bazar iştirakçıları və tərəfdaşları ilə münasibətlərini daha şəffaf və etibarlı quraraq qarşılıqlı əlaqələri yeni çərçivəyə salmaq niyyətini ifadə edir. Bu əlaqələr isə öz növbəsində Bakı Fond Birjasının beynəlxalq miqyasda rəqabət qabiliyyətini artırmaqla yanaşı, yerli bazarda yeni imkanların yaranmasına şərait yaradır".
O qeyd edib ki, bu dəyişikliklər BFB-nin yerli kapital bazarı iştirakçıları arasındakı mövqeyini daha da möhkəmləndirəcək və şirkətə yeni imkanlar təqdim edəcək.
Məhərrəm Əliyev
"Bakı Fond Birjası" teqi üzrə xəbərlər
- Cənubi Qafqaz və Mərkəzi Asiyada iqlim fəaliyyətinin strateji əməkdaşlıq yolları müzakirə edilib
- Bakı Fond Birjası və AZCHEMCO COP29 konfransında Əməkdaşlıq Memorandumunu imzalayıblar
- Ruslan Xəlilov: "Azərbaycanda potensial "yaşıl" istiqraz namizədi olan şirkətlər var"
- Ölkəmizdə rəqəmsal məhsullara keçid hansı vəziyyətdədir?