Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Annalena Berbok: "Qadınlar masa arxasında deyillərsə, sülh sazişləri çox vaxt uzun sürmür"
"İqlim körpüləri tikmək lazımdır. Bunu dünyadakı bütün insanlardan, kişilərdən və qadınlardan istəyirəm".
Oxu.Az xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok COP29 çərçivəsində Bakıda keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, sülh danışıqları zamanı qadınlar masa arxasında deyillərsə, sülh sazişləri çox vaxt uzun sürmür və eyni şey iqlim böhranına da aiddir:
"Qadınlar və uşaqlar iqlim böhranının təsirindən kişilərə nisbətən 14 dəfə çox əziyyət çəkirlər. Lakin qadınlar həm də iqlim siyasətinə, davamlılığına, qorunmasına mühüm töhfə verirlər.
İqlim konfransında basketbolda üçxallı atış adlandıra biləcəyiniz şeyə ehtiyacımız var, yoxsa əlavə vaxta gedəcək.
Sonda nə olacağını görmək üçün həyəcanlıyıq. Ancaq aydındır ki, biz üzərimizə düşən məsuliyyəti sona qədər yerinə yetirmək üçün əlimizdən gələni edəcəyik".
"COP29" teqi üzrə xəbərlər
- Bakıda keçirilən COP29-un on ikinci günündən FOTOREPORTAJ
- Hədəflər və gözləntilər: COP29 iştirakçıları ölkələrinə nə ilə qayıdırlar?
- Antoniu Quterreş: "İqlim ədaləti üçün beynəlxalq əməkdaşlıq vacibdir"
- Bu xəbərləri qaçırmayın: 22.11.2024-ün ən mühüm hadisələri
- COP29-un "adsız qəhrəmanı": "Qarşındakı insanın xoş xatirəsinin bir parçası olmaq sevindiricidir"