Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Bakı Fond Birjası və AZCHEMCO COP29 konfransında Əməkdaşlıq Memorandumunu imzalayıblar
12 noyabr 2024-cü il tarixində COP29 konfransında "Bakı Fond Birjası" QSC və "AZCHEMCO" MMC şirkətləri arasında kapital bazarları vasitəsilə maliyyələşdirmə, o cümlədən yaşıl istiqrazların buraxılması istiqamətində Əməkdaşlıq Memorandumu imzalanıb.
Oxu.Az xəbər verir ki, sənədin imzalanmasında məqsəd tərəflər arasında qarşılıqlı maraq kəsb edən sahələr üzrə əməkdaşlıq və tərəfdaşlıq münasibətlərinin təmin edilməsidir.
Memorandum şirkətin kapital bazarları vasitəsilə dayanıqlı inkişafı və bu istiqamətdə Bakı Fond Birjasının dəstəyini nəzərdə tutur.
Məlumat üçün bildiririk ki, "AZCHEMCO" MMC şirkəti COP29-da Azərbaycanda şoranlaşmış torpaqların bərpası ilə bağlı innovativ layihəni təqdim edir. İnnovativ layihə olan şoranlaşmış torpaqların əkin sahələrinə çevrilməsi kənd təsərrüfatının iqlim dəyişikliyinə təsirini azaltmağa kömək edəcək.
"COP29" teqi üzrə xəbərlər
- COP29-un on ikinci günü: Mavi Zona tədbirləri
- Almaniya XİN: "İqlim dəyişikliyinin təsirinin azaldılması üçün iqlim maliyyəsi lazımdır"
- Yaşıl Zonada COP29-un irsi ilə bağlı tədbir keçirilib
- Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır
- Rusiya prezidentinin köməkçisi Moskva və Bakının iqlim sahəsindəki layihələrini açıqladı