Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
UEFA narkotik istifadəsində şübhəli bilinən ingiltərəli hakimlə bağlı araşdırmalara başlayıb
Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) narkotik istifadəsində şübhəli bilinən ingilis hakim - Devid Kutla bağlı araşdırmalara başlayıb.
Oxu.Az "The Sun"a istinadən xəbər verir ki, hakimin bank əsginası ilə ağ maddəni burnuna çəkdiyi videonu dərc etməsindən sonra araşdırma başlayıb.
Videonun Kutun VAR köməkçi hakimi olduğu AVRO-2024-ün 1/4 finalının Portuqaliya - Fransa oyunundan bir gün sonra - iyulun 6-da mehmanxanada çəkildiyi qeyd edilib.
Qeyd edək ki, bir neçə gün öncə D.Kutun "Liverpul" klubunun keçmiş baş məşqçisi Yurgen Kloppu təhqir etdiyi video yayılıb. Bundan sonra o, İngiltərə Hakimlər Komitəsi tərəfindən yerli çempionatın oyunlarından kənarlaşdırılıb. UEFA isə 42 yaşlı referini Millətlər Liqası matçlarından uzaqlaşdırıb.
"Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA)" teqi üzrə xəbərlər
- Rusiya millisinin Dünya Çempionatından diskvalifikasiya müddəti uzadılıb
- UEFA prezidenti: "Oyunların sayının azaldılması futbolçuların maaşına təsir edəcək"
- AFFA rəsmisi UEFA-dan təyinat alıb
- UEFA Azərbaycan seçməsinin Millətlər Liqasındakı rəqibini 10 min avro cərimələyib - SƏBƏB
- UEFA Gürcüstan Futbol Federasiyasını cərimələdi
Rəylər