Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
UEFA Gürcüstan Futbol Federasiyasını cərimələdi
UEFA İntizam Komitəsi Gürcüstan Futbol Federasiyasını Millətlər Liqasının Gürcüstan - Albaniya matçındakı intizam pozuntularına görə 56 min avro cərimələyib.
Oxu.Az xəbər verir ki, bu barədə "Sputnik" məlumat yayıb.
Gürcüstan - Albaniya görüşü oktyabrın 14-də Tbilisidəki Mixail Mesxi adına stadionda baş tutub. Matçda meydan sahibləri 0:1 hesabı ilə məğlub olublar.
Gürcüstan Futbol Federasiyası aşağıdakı bəndlər üzrə cərimələnib:
- Azarkeşlər üçün çıxışları bağlamağa görə 14 min avro;
- Tribunalarda lazerdən istifadəyə görə 12 min avro;
- Azarkeşlərin pirotexniki vasitələrdən istifadəsinə görə 30 min avro.
Bundan başqa, intizam pozuntularına görə, Gürcüstan Futbol Federasiyasının ev sahibi olacağı UEFA-nın himayəsi altında keçiriləcək qarşıdakı oyun qismən qapalı keçiriləcək. Azarkeşlər üçün yerlərin sayı iki min azaldılacaq. Sınaq müddəti iki il olacaq.
Qeyd edək ki, dörd turun nəticələrinə görə, Gürcüstan altı xalla qrupda ikinci yerdədir. Birinci yerdə Çexiya (7 xal), üçüncü yerdə Albaniya (6 xal), sonuncu yerdə isə Ukrayna (4 xal) qərarlaşıb.
"Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA)" teqi üzrə xəbərlər
- Rusiya millisinin Dünya Çempionatından diskvalifikasiya müddəti uzadılıb
- UEFA narkotik istifadəsində şübhəli bilinən ingiltərəli hakimlə bağlı araşdırmalara başlayıb
- UEFA prezidenti: "Oyunların sayının azaldılması futbolçuların maaşına təsir edəcək"
- AFFA rəsmisi UEFA-dan təyinat alıb
- UEFA Azərbaycan seçməsinin Millətlər Liqasındakı rəqibini 10 min avro cərimələyib - SƏBƏB
Rəylər