Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
UEFA Azərbaycan seçməsinin Millətlər Liqasındakı rəqibini 10 min avro cərimələyib - SƏBƏB
Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Estoniya Futbol Assosiasiyasına 10 min avroluq cərimə tətbiq edib.
Oxu.Az xəbər verir ki, buna komandanın IV turda İsveçə evdə uduzduqları (0:3) matçda azarkeşlərin irqçiliyə yol verməsi səbəb olub.
Bundan əlavə, assosiasiyaya birillik sınaq müddəti də verilib. Bu hal yenidən təkrarlansa, millinin matçında tribunalar qismən bağlanacaq.
Qeyd edək ki, Estoniya V turda Azərbaycan millisinin qonağı olacaq. Noyabrın 16-da Qəbələ şəhər stadionunda keçiriləcək qarşılaşma saat 18:00-da start götürəcək.
"Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA)" teqi üzrə xəbərlər
- Rusiya millisinin Dünya Çempionatından diskvalifikasiya müddəti uzadılıb
- UEFA narkotik istifadəsində şübhəli bilinən ingiltərəli hakimlə bağlı araşdırmalara başlayıb
- UEFA prezidenti: "Oyunların sayının azaldılması futbolçuların maaşına təsir edəcək"
- AFFA rəsmisi UEFA-dan təyinat alıb
- UEFA Gürcüstan Futbol Federasiyasını cərimələdi
Ən çox oxunanlar
Rəylər