Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Azərbaycanın sərbəst güləşçiləri dünya çempionatını medalsız başa vurublar
Azərbaycanın sərbəst güləşçiləri Albaniyanın paytaxtı Tiranada keçirilən qeyri-olimpiya çəki dərəcələri üzrə dünya çempionatını medalsız başa vurublar.
Oxu.Az xəbər verir ki, Nürəddin Novruzov (61 kq) üçüncü yer uğrunda görüşdə, Orxan Abasov (79 kq) və Abubakr Abakarov (92 kq) isə təsəlliverici mübarizələrdə uduzaraq medal qazanmaq şanslarını itiriblər.
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli (63 kq) və Ülvü Qənizadə (72 kq) dünya çempionu olublar. Yığma komanda hesabında birinci yeri tutub. Qadınlar isə turniri mükafatsız başa vurublar. Dünya çempionatına bu gün yekun vurulacaq.
Azərbaycanın üç sərbəst güləşçisi Albaniyanın paytaxtı Tiranada keçirilən qeyri-olimpiya çəki dərəcələri üzrə dünya çempionatında bu gün bürünc medal qazana bilər.
Oxu.Az xəbər verir ki, hər üç təmsilçimiz təsəlliverici görüşə çıxacaq.
Nürəddin Novruzov (61 kq) ilk görüşündə Cud Hammerlə (Kosta-Rika) üz-üzə gələcək. Orxan Abasov (79 kq) birinci duelində Suldhu Olonbayarın (Monqolustan) müqavimətini qırmağa çalışacaq. Abubakr Abakarov (92 kq) isə Devid Teylorla (ABŞ) qarşılaşacaq.
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli (63 kq) və Ülvü Qənizadə (72 kq) dünya çempionu olublar. Yığma komanda hesabında birinci yeri tutub. Qadınlar isə turniri mükafatsız başa vurublar. Dünya çempionatına bu gün yekun vurulacaq.
"Azərbaycan Güləş Federasiyası" teqi üzrə xəbərlər
- AGF rəsmisi Dünya Güləş Birliyində yaradılan yeni komitənin prezidenti seçilib
- Millinin baş məşqçisi: "Olimpiya Oyunlarındakı uğursuzluğa görə Azərbaycan xalqından üzr istəyirəm"
- Dünya çempionatı: Sərbəst güləşçilərimiz mübarizəyə başlayırlar
- Azərbaycanın güləş millisi dünya çempionatında birinci yeri tutub
- Dünya çempionatının ilk günündə dörd güləşçimiz mübarizəyə start verəcək
Rəylər