Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Azərbaycanın güləş millisi dünya çempionatında birinci yeri tutub
Azərbaycanın güləş millisi Albaniyanın paytaxtı Tiranada keçirilən dünya çempionatında birinci yeri tutub.
Oxu.Az xəbər verir ki, 3 qızıl medal qazanan yığmamız 85 xalla dünya çempionu olub.
Titulunu qoruyan komandamız ardıcıl 2-ci dəfə bu uğura imza atıb. Azərbaycan ən yaxın izləyicisi olan İranı 34 xal qabaqlayıb.
Millimiz bu uğurla Azərbaycan güləşində birdən-birə 2 rekordu yeniləyib.
Pəhləvanlarımız ikinci dəfə dünya kubokunu qazanmaqla böyüklər arasında güləş növləri üzrə ilkə imza atıb. Eyni zamanda, yunan-Roma millimiz turnirdə 3 qızıl medal qazanmaqla ilki gerçəkləşdirib.
Qeyd edək ki, Albaniyada Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli (63 kq) və Ülvü Qənizadə (72 kq) dünya çempionu olub. Onların hər biri komandanın hesabına 25 xal yazdırıb. Dünya çempionatında debüt edən Qurban Qurbanov (82 kq) 5-ci yeri tutub və millimizə 10 xal qazandırıb.
Azərbaycanın yunan-Roma güləşçisi, 72 kq çəki dərəcəsində mübarizə aparan Ülvü Qənizadə Albaniyanın paytaxtı Tiranada keçirilən dünya çempionatında qızıl medal qazanıb.
Oxu.Az xəbər verir ki, idmançı fransalı rəqibi İbrahim Qanemə 3:2 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, bundan əvvəl Eldəniz Əzizli və Nihat Məmmədli Albaniyanın paytaxtı Tiranada keçirilən dünya çempionatında qızıl medala yiyələniblər.
Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli Albaniyanın paytaxtı Tiranada keçirilən dünya çempionatında qızıl medal qazanıb.
Oxu.Az xəbər verir ki, o, qazaxıstanlı Yerjet Jarlikassiyə 6:1 hesabı ilə qalib gələrək çempion olub.
Qeyd edək ki, bundan əvvəl Eldəniz Əzizli Albaniyanın paytaxtı Tiranada keçirilən dünya çempionatında qızıl medala yiyələnib.
Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli Albaniyanın paytaxtı Tiranada keçirilən dünya çempionatında növbəti tarixi uğura imza atıb.
Oxu.Az xəbər verir ki, 55 kq çəki dərəcəsində mübarizə aparan idmançımız finalda iranlı Poya Marz ilə üz-üzə gəlib.
Görüş 1:1 hesabı ilə başa çatsa da, xalların keyfiyyətinə görə qalib gələn Əzizli karyerasında 4-cü dəfə dünya çempionatında qızıl medal qazanıb.
Azərbaycanın üç yunan-Roma güləşçisi Albaniyanın paytaxtı Tiranada keçirilən dünya çempionatda bu gün final görüşünə çıxacaq.
Oxu.Az xəbər verir ki, Eldəniz Əzizli (55 kq) qızıl medal uğrunda görüşdə iranlı Poya Marz ilə üz-üzə gələcək. Nihat Məmmədli (63 kq) həlledici qarşılaşmada qazaxıstanlı Yerjet Jarlikassinlə, Ülvü Qənizadə (72 kq) fransalı İbrahim Qanemlə münasibətlərə aydınlıq gətirəcəklər.
Qurban Qurbanov (82 kq) isə təsəlliverici qarşılaşmada Özbəkistandan olan Jalqasbay Berdimuratov ilə qarşılaşacaq.
Qadın güləşçilərimiz də mübarizəyə start verəcəklər. Alyona Kolesnik (59 kq) braziliyalı Ana Franka, Elis Manolova (65 kq) polşalı Nataliya Kubati ilə üz-üzə gələcəklər.
Qeyd edək ki, dünya çempionatı oktyabrın 31-də başa çatacaq.
"Azərbaycan Güləş Federasiyası" teqi üzrə xəbərlər
- AGF rəsmisi Dünya Güləş Birliyində yaradılan yeni komitənin prezidenti seçilib
- Azərbaycanın sərbəst güləşçiləri dünya çempionatını medalsız başa vurublar
- Millinin baş məşqçisi: "Olimpiya Oyunlarındakı uğursuzluğa görə Azərbaycan xalqından üzr istəyirəm"
- Dünya çempionatı: Sərbəst güləşçilərimiz mübarizəyə başlayırlar
- Dünya çempionatının ilk günündə dörd güləşçimiz mübarizəyə start verəcək
Rəylər