Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Dünya çempionatı: Sərbəst güləşçilərimiz mübarizəyə başlayırlar
Azərbaycanın sərbəst güləşçiləri Albaniyanın paytaxtı Tiranada keçirilən qeyri-olimpiya çəki dərəcələri üzrə dünya çempionatında bu gün mübarizəyə başlayacaqlar.
Oxu.Az xəbər verir ki, Nürəddin Novruzov (61 kq) 1/8 finalda Piter Luis (Kosta-Rika) - Ahmet Duman (Türkiyə) cütünün qalibi ilə üz-üzə gələcək.
Kənan Heybətov (70 kq) təsnifatda hindistanlı Maniş Qosvaminin müqavimətini qırmağa çalışacaq. Orxan Abasov (79 kq) 1/6 finalda Ermənistandan olan Arman Avakyanla, Abubakr Abakarov (92 kq) təsnifatda Şimali Makedoniya təmsilçisi Redjep Haydari ilə qarşılaşacaq.
Bundan əlavə, qadın güləşçilərimiz təsəlliverici görüşlərə çıxacaqlar. Alyona Kolesnik (59 kq) bu raunddakı rəqibini gözləyir, Elis Manolova isə Meysi Kilti (ABŞ) ilə üz-üzə gələcək.
Qeyd edək ki, ötən gün yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli (63 kq) və Ülvü Qənizadə (72 kq) dünya çempionu olublar. Yığmamız komanda hesabında birinci yeri tutub. Dünya çempionatı oktyabrın 31-də başa çatacaq.
"Azərbaycan Güləş Federasiyası" teqi üzrə xəbərlər
- AGF rəsmisi Dünya Güləş Birliyində yaradılan yeni komitənin prezidenti seçilib
- Azərbaycanın sərbəst güləşçiləri dünya çempionatını medalsız başa vurublar
- Millinin baş məşqçisi: "Olimpiya Oyunlarındakı uğursuzluğa görə Azərbaycan xalqından üzr istəyirəm"
- Azərbaycanın güləş millisi dünya çempionatında birinci yeri tutub
- Dünya çempionatının ilk günündə dörd güləşçimiz mübarizəyə start verəcək
Rəylər