Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Azərbaycanın qadın boksçusu ispaniyalı rəqibinə qalib gəlib
Azərbaycanın qadın boksçusu Şəhla Allahverdiyeva İtaliyanın Busto Arsizio şəhərində keçirilən I Dünya Olimpiya Təsnifat Turnirində ispaniyalı Mariana Soto Torresə qalib gəlib.
Federasiyadan Oxu.Az-a verilən məlumata görə, 66 kq çəkidə mübarizə aparan boksçumuz 1/16 finalda rəqibini 5:0 hesabı ilə məğlub edib.
Ardıcıl ikinci qələbəsini qazanan Şəhla Allahverdiyeva 1/8 final döyüşünə martın 9-da çıxacaq.
Qeyd edək ki, bu gün Azərbaycanın daha iki boksçusu qüvvəsini sınayacaq. Marjona Savriyeva (50 kq) Meylin Çala Susanla (Ekvador), Ümid Rüstəmov (57 kq) isə Bakari Hassanla (Keniya) döyüşəcəklər.
"Ekvador" teqi üzrə xəbərlər
- Ekvadorda həbsxanada qiyam baş verib: Ölənlər var
- Həbsxanaya dronlu hücumun görüntüləri Ekvador hökumətinin yalanını ortaya çıxardı
- Ekvadorda prezident vitse-prezidenti dövlətə xəyanətdə ittiham edib
- Zəlzələlərin "xəbərçisi" siyənək kralı balığı sahildə tapıldı: Ekvadorlular təşvişdə
- Doqquz Latın Amerikası ölkəsi Venesueladakı seçkinin nəticələrinə yenidən baxmağa çağırır
Ən çox oxunanlar