Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Həbsxanaya dronlu hücumun görüntüləri Ekvador hökumətinin yalanını ortaya çıxardı
Ekvadorda əvvəllər yüksək vəzifədə olan məhbusların, o cümlədən keçmiş vitse-prezident Xorxe Qlasın saxlanıldığı "La Roka" həbsxanasına cinayətkar qruplar tərəfindən təşkil edilmiş pilotsuz uçuş aparatlarının hücumunun videosu dərc edilib.
Oxu.Az-ın "Svejesti" "Telegram" kanalına istinadla verdiyi məlumata görə, kadrlar hökumətin hücumla bağlı yalan informasiyasını ortaya çıxarıb.
Belə ki, hökumət nümayəndələri bundan əvvəl bildirmişdilər ki, pilotsuz təyyarə müəssisəyə çatmamışdan əvvəl ələ keçirilib, lakin videodan bunun belə olmadığı üzə çıxıb.
Qeyd edək ki, hücumu son aylarda fəaliyyəti ilə hakimiyyəti ciddi narahat edən yerli cinayətkar qruplar təşkil edib. Hadisə Ekvadorda mütəşəkkil cinayətkarlığa qarşı mübarizənin gücləndiyi bir vaxtda baş verib. Burada dronlardan istifadə strateji əhəmiyyətli obyektlərə hücum etmək və güc nümayiş etdirmək üçün cinayətkar qruplar arasında getdikcə daha populyar olur. Quayakil şəhəri yaxınlığında yerləşən "La Roka" həbsxanası son vaxtlar korrupsiyada və digər ağır cinayətlərdə ittiham olunan şəxslərin orada saxlanılması səbəbindən diqqət mərkəzindədir.
"Ekvador" teqi üzrə xəbərlər
- Ekvadorda həbsxanada qiyam baş verib: Ölənlər var
- Ekvadorda prezident vitse-prezidenti dövlətə xəyanətdə ittiham edib
- Zəlzələlərin "xəbərçisi" siyənək kralı balığı sahildə tapıldı: Ekvadorlular təşvişdə
- Doqquz Latın Amerikası ölkəsi Venesueladakı seçkinin nəticələrinə yenidən baxmağa çağırır
- Amerika Kuboku: İlk yarımfinalçını penalti seriyası müəyyənləşdirdi
Rəylər