Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Ekvadorda prezident vitse-prezidenti dövlətə xəyanətdə ittiham edib
Ekvador Prezidenti Daniel Noboa vitse-prezident Veronika Abadı xəyanətdə və növbəti seçkidə onun iştirakına mane olmağa çalışmaqda ittiham edib.
Oxu.Az xəbər verir ki, bu barədə D.Noboa özünün "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"O özü bu postu tutmaq üçün ölkə prezidentini hakimiyyətdən uzaqlaşdırmaq istəyir. Əgər onun niyyətləri ilə bağlı hər hansı bir şübhə var idisə, bu gün maska artıq düşüb. Bundan başqa, bu şikayətin arxasında duran şəxslər, mənim seçki kampaniyasında iştirak etməməyimi istəyirlər. Biz bu xəyanətə qarşı mübarizə aparacağıq və seçkidə görüşəcəyik", - deyə prezident paylaşımında bildirib.
"Ekvador" teqi üzrə xəbərlər
- Ekvadorda həbsxanada qiyam baş verib: Ölənlər var
- Həbsxanaya dronlu hücumun görüntüləri Ekvador hökumətinin yalanını ortaya çıxardı
- Zəlzələlərin "xəbərçisi" siyənək kralı balığı sahildə tapıldı: Ekvadorlular təşvişdə
- Doqquz Latın Amerikası ölkəsi Venesueladakı seçkinin nəticələrinə yenidən baxmağa çağırır
- Amerika Kuboku: İlk yarımfinalçını penalti seriyası müəyyənləşdirdi
Rəylər