Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Yaxın Şərqdə yeni müharibə təhlükəsi: ABŞ döyüş gəmiləri bölgəyə yeridilir
Son günlərdə Tehranda Fələstinin radikal HƏMAS qruplaşmasının siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsi regionda gərginliyin artmasına səbəb olub. Bu hadisə fonunda ABŞ Yaxın Şərqdəki qüvvələrini gözlənilən hücumlara qarşı hazırlıq vəziyyətinə gətirib.
Oxu.Az-ın "The New York Times"a istinadən məlumatına görə, Pentaqon İranın dəstəklədiyi qrupların, o cümlədən Yəməndəki husilərin və İraqdakı "Kətaib Hizbullah"ın Haniyənin ölümünün qisası olaraq ABŞ qoşunlarına zərbələr endirəcəyindən ehtiyat edir. Buna görə də ABŞ Silahlı Qüvvələri bölgədəki hərbi kontingentini artırmağa başlayıb.
Artıq 10-dan çox döyüş gəmisi bölgəyə yeridilib, "Theodore Roosevelt" təyyarədaşıyan gəmisi 40-a yaxın F/A-18 "Super Hornet" və "F-35" qırıcıları ilə birlikdə Fars körfəzi yaxınlığında mövqe tutub. Pentaqonun bu addımları regionda hərbi-siyasi vəziyyətin son dərəcə həssas olduğunu göstərir.
Xatırladaq ki, İran tərəfi İsrailin HƏMAS liderini öldürməsindən sonra yəhudi dövlətinə qarşı sərt bəyanatlar səsləndirib və "haqq-hesab günü"nün gələcəyini bildirib. Ekspertlər hesab edirlər ki, İranın İsrailə növbəti hücumu apreldə baş verən toqquşmadan daha güclü ola bilər və ciddi fəsadlar yarada bilər. Çünki hazırda Tehran "qəzəbli sükut" içindədir və intiqam üçün əlverişli məqam gözləyir.
Bütün bunlar regionda yeni bir müharibə təhlükəsinin yaranması deməkdir. Böyük dövlətlərin Yaxın Şərqdəki maraqlarının toqquşması vəziyyəti daha da ağırlaşdırır. Beynəlxalq ictimaiyyət bu təhlükəli tendensiyadan ciddi narahatdır və tərəfləri sülhə, dialoqun qurulmasına çağırır.
"HƏMAS" teqi üzrə xəbərlər
- KİV: "HƏMAS İsraillə girovlarla bağlı razılığa gəlməyə hazırdır"
- BCM Benyamin Netanyahu və Yoav Qalantın həbsinə order verdi
- İsrail İranın HƏMAS-a maliyyə yardımına və 7 oktyabr hücumlarına dəstəyinə aid sənədləri ələ keçirib
- İsrail HƏMAS-a pul təklif etdi
- İsrail son 24 saatda "Hizbullah" və HƏMAS-ın 120-dən çox hədəfinə hücum edib
Rəylər