Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
İsrail son 24 saatda "Hizbullah" və HƏMAS-ın 120-dən çox hədəfinə hücum edib
İsrail ordusu son 24 saat ərzində Livan və Qəzza zolağında "Hizbullah" və HƏMAS-ın 120-dən çox hədəfinə hücum edib.
Bu barədə "Azad İran" "Telegram" kanalı İsrail Müdafiə Ordusunun (SAXAL) mətbuat xidmətinə istinadla xəbər yayıb.
"Qəzza zolağında HƏMAS-ın bir dəstəsi məhv edilib, onların arasında 2023-cü il oktyabrın 7-də İsrailin cənubuna hücumda iştirak edən təşkilatın silahlısı Yasər Qəndi də var", - deyə məlumatda vurğulanıb.
Bildirilib ki, bundan başqa Livanın cənubunda quru əməliyyatı zamanı yaşayış və kommunal otaqların yerləşdiyi yeraltı tunel aşkar edilib.
"İsrail - Livan gərginliyi" teqi üzrə xəbərlər
Ən çox oxunanlar
Rəylər