Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
İsrail İranın HƏMAS-a maliyyə yardımına və 7 oktyabr hücumlarına dəstəyinə aid sənədləri ələ keçirib
İsrail ordusu İranın son 20 ildə HƏMAS-a etdiyi maliyyə yardımlarına dair sənədləri əldə edib.
Bu barədə "Azad İran" "Telegram" kanalı "Jerusalem Post" qəzetinə istinadla xəbər verib.
Bildirilib ki, sənədlər İsrail ordusunun Qəzza zolağında keçirdiyi əməliyyatda, eləcə də müharibə zamanı əsir düşən HƏMAS döyüşçülərinin dindirilməsi zamanı ələ keçib.
Sənədlər göstərir ki, İran hökuməti HƏMAS-ın hərbi fəaliyyətinə dəstək verməklə yanaşı, digər qruplaşmaları da himayə edib.
Həmçinin HƏMAS-ın 2023-cü il oktyabrın 7-dəki hücumuna hazırlıq prosesində İranın əlinin olduğu müəyyən edilib.
Məlumatda İran hökumətinin 2019-cu ildə HƏMAS-ın Qəzzadakı hərbi qanadına ən azı 42 milyon dollar, 2020-ci ildə isə 12 milyon dollardan çox pul ödədiyi də ortaya çıxıb.
"İsrail-İran gərginliyi" teqi üzrə xəbərlər
- Ayətullah Sistani İran-İsrail gərginliyi fonunda İraqın siyasəti ilə bağlı danışdı
- İran prezidenti: "Onların bizə hücuma cəsarət etməmələri üçün raketlərimiz var"
- Təbrizdəki ballistik raket bazası yaxınlığında hərbi texnikaların daşınması görüntüləri yayıldı
- İran İsrailə hücum üçün daha güclü silahlar tətbiq edə bilər
- İsraildən İrana cavab zərbəsi XƏBƏRDARLIĞI
Rəylər