Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Paşinyanla görüşən Əli Xameneidən Zəngəzur dəhlizi ilə bağlı QALMAQALLI AÇIQLAMA
"İran hələ də hesab edir ki, "Zəngəzur dəhlizi" ideyası Ermənistanın maraqlarına cavab vermir".
Oxu.Az-ın Ermənistan mediasına istinadla verdiyi məlumata görə, bu barədə Tehranda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdə İranın Ali Rəhbəri Əli Xamenei bildirib.
Ayətullah Xamenei Ermənistanın ərazi bütövlüyünün vacibliyini vurğulayıb və qeyd edib ki, İran-Ermənistan münasibətləri digər ölkələrin siyasətindən asılı olmayaraq qarşılıqlı maraqlar əsasında inkişaf edəcək.
O, həmçinin əlavə edib ki, xarici dövlətlər qonşu ölkələr arasındakı münasibətlərə müdaxilə etməməlidirlər.
Ermənistanın baş naziri Nikol Paşinyan və İranın yeni seçilmiş Prezidenti Məsud Pezeşkianın görüşü artıq baş tutub.
Oxu.Az-ın verdiyi məlumata görə, Ermənistan hökumətinin Mətbuat Xidməti bununla bağlı görüntüləri yayımlayıb.
Məlumata görə, Paşinyan inaqurasiya mərasimində iştirakının İranla münasibətləri dərinləşdirmək istəyindən xəbər verdiyini bildirib və İİR ilə çoxtərəfli əməkdaşlığın ölkəsi üçün son dərəcə vacib olduğunu vurğulayıb. İİR prezidenti öz növbəsində iki xalqın çoxəsrlik dostluğunun qarşılıqlı fəaliyyət üçün möhkəm təməl olduğunu deyib. O, həmçinin regiondakı vəziyyətə toxunaraq Tehran üçün təhlükəsizlik və sabitliyin əhəmiyyət daşıdığını vurğulayıb və bütün mövcud problemlərin dialoq yolu ilə həllinə çağırıb.
Oxu.Az-ın "Azad İran" "Telegram" kanalına istinadla məlumatına görə, Paşinyan Tehranda İranın ali rəhbəri Ayətullah Əli Xamenei ilə də görüşüb.
Ermənistanın baş naziri Nikol Paşinyan iyulun 30-da İrana işgüzar səfər edib.
Oxu.Az bu barədə Ermənistan baş nazirinin ofisindən məlumat verilib.
Qeyd olunub ki, Paşinyan İranın yeni seçilmiş Prezidenti Məsud Pezeşkianla görüşəcək.
Bundan sonra Ermənistanın baş naziri İran prezidentinin rəsmi andiçmə mərasimində iştirak edəcək.
"Zəngəzur dəhlizi" teqi üzrə xəbərlər
- Türk dövlətlərinin birlik nümayişi: Azərbaycan və Türkiyə TDT-nin aparıcı qüvvəsidir
- Oyundankənar Makron
- Hərbçilərimizi Şuşaya aparan cığır üzərində qurulan, qələbəmizin simvollarından biri olan ZƏFƏR YOLU
- İranda anti-Azərbaycan tədbiri
- Xronika: "10 noyabr razılaşması bir yox, iki dəhlizin verilməsini tələb edir"
Rəylər