Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Maskın Trampın qələbəsi üçün çəkdiyi xərclər 384 dəfə artdı, "Tesla" rekord qırdı
ABŞ-li iş adamı İlon Maskın ölkədə seçkiyə və Trampın qələbəsi üçün qoyduğu sərmayə ilk günlərdən öz bəhrəsini verməyə başlayıb.
Bu barədə Oxu.Az Haber Global-a istinadən xəbər verir.
Məlumata görə, Trampı dəstəkləyən Mask seçki kampaniyasına 130 milyon dollardan çox pul xərcləyib. Aradan keçən bir həftə ərzində isə onun sərvəti 50 milyard dollar artıb. Beləliklə, bir həftə ərzində Maskın gəliri seçkiyə xərclədiyi məbləğdən 384 dəfə yüksək olub.
Sahibi olduğu "Tesla" elektrik avtomobili istehsalı şirkətinin bazar dəyəri isə 1 trilyon dolları keçərək tarixi səviyyəyə çatıb və rekord qırıb.
ABŞ-də Donald Trampın prezident seçilməsindən sonra "Tesla"nın imtiyazlı mövqe qazana biləcəyi ilə bağlı gözləntilər artıb. Həmçinin "Tesla" ilə bağlı bəzi tənzimləyici qərarların təxirə salına biləcəyi də iddia edilir. Bildirilir ki, şirkətin avtonom avtomobil texnologiyaları üçün müsbət hüquqi baza yaradıla bilər.
"Bloomberg Billionaires Index"in məlumatlarına görə, Maskın ümumi sərvəti noyabrın 5-nə 264 milyard dollar civarında olub. Son xəbərlər isə bu rəqəmin 314 milyard dollara yüksəldiyini göstərib.
"İlon Mask" teqi üzrə xəbərlər
- İlon Maskın "Tesla" elektrokarları ABŞ-də ən təhlükəli avtomobil kimi tanındı
- Trampın vəzifəyə təyin etdiyi İlon Mask: "Bir çox qərarlar məndən xəbərsiz qəbul olunur"
- "Starship" altıncı sınaq uçuşunu başa vurdu: Platforma sürətləndiricini tuta bilmədi
- Mask Sorosa qarşı: ABŞ-nin yeni pandemiyaya hazırlığı barədə milyarderlərin "döyüşü"
- "Tesla"nın səhmləri kəskin bahalaşdı - SƏBƏB
Rəylər