Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
"Tesla"nın səhmləri kəskin bahalaşdı - SƏBƏB
İlon Maskın rəhbəri olduğu "Tesla" şirkətinin səhmləri kəskin bahalaşıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Qeyd olunur ki, səhmlər ötən günün ilk yarısında 8%-dək bahalaşıb.
Məlumata görə, bahalaşma ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın komandasının pilotsuz nəqliyyat vasitələrinin tənzimlənməsini ABŞ Nəqliyyat Departamentinin prioritetinə çevirmək planları ilə bağlı xəbərlər fonunda qeydə alınıb.
Bildirilir ki, ölkədəki mövcud federal qaydalar sükan və pedalları olmayan avtomobil istehsal etmək istəyən şirkətlər üçün ciddi maneələr yaradır.
Ümumilikdə, ABŞ-də 5 noyabr səsvermə günündən bəri şirkətin səhmləri 28% bahalaşıb.
"Tesla" teqi üzrə xəbərlər
- "Tesla" şirkəti "Cybertruck" pikaplarını geri çağırır
- Bu xəbərləri qaçırmayın: 11.11.2024-ün ən mühüm hadisələri
- Maskın Trampın qələbəsi üçün çəkdiyi xərclər 384 dəfə artdı, "Tesla" rekord qırdı
- Bu xəbərləri qaçırmayın: 08.11.2024-ün ən mühüm hadisələri
- İlon Mask ucuz "Tesla" buraxılacağını vəd edərək insanları aldadır
Rəylər