Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Mask Sorosa qarşı: ABŞ-nin yeni pandemiyaya hazırlığı barədə milyarderlərin "döyüşü"
ABŞ-li milyarder İlon Mask "Open Society Foundations"in rəhbəri, maliyyəçi Aleks Sorosun yeni pandemiya zamanı ölkə vətəndaşları üçün təhlükə barədə bəyanatını ələ salıb.
Oxu.Az-ın verdiyi məlumata görə, o bu barədə özünün "X" hesabında post paylaşıb.
Sorosun fikrincə, səhiyyə naziri vəzifəsinə namizəd kiçik Robert Kennedinin siyasəti növbəti pandemiya zamanı tibbi sistemin dağılmasına və amerikalıların son dərəcə ağır vəziyyətə düşməsinə səbəb olacaq.
Biznesmen onun bəyanatını "Fırıldaqdemiya" ("scamdemic") sözləri ilə şərh edib.
Qeyd edək ki, bundan əvvəl Rod-Aylend ştatındakı Braun Universitetinin Pandemiya Mərkəzinin direktoru Cennifer Nuzzo da koronavirusun meydana çıxmasından dörd il sonra ABŞ-nin yeni virus təhlükəsinə daha az hazırlıqlı olduğunu bəyan edib. Onun sözlərinə görə, bu, uzunmüddətli COVID-19 pandemiyasından sonra resursların çatışmazlığı və əhali arasında peyvəndlərə artan inamsızlıqla bağlıdır.
Ekspert, həmçinin xəbərdarlıq edib ki, növbəti pandemiya daha dağıdıcı ola bilər.
Rəylər