Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
İsrailin Danimarkadakı səfirliyinin yaxınlığında yenidən partlayış baş verib
Kopenhagendə İsrail səfirliyindən təxminən 500 metr məsafədə, Fələstinin HƏMAS hərəkatının İsrailə hücumunun ildönümündə partlayış baş verib.
Oxu.Az-ın məlumatına görə, bu barədə AFP agentliyi polisə istinadən məlumat yayıb.
Agentlik qeyd edir ki, hadisə İsrail diplomatik nümayəndəliyinin binası yaxınlığında törədilmiş iki partlayışdan 5 gün sonra baş verib.
"Əlbəttə ki, biz İsrail səfirliyi yaxınlığındakı əvvəlki hadisə ilə əlaqənin olub-olmadığını araşdırırıq. Bunun belə olduğuna dair heç bir əlamət yoxdur", - deyə Kopenhagen polis müfəttişi Trine Möller jurnalistlərə bildirib.
Yerli media səfirlikdən təxminən 500 metr məsafədə yerləşən yaşayış binasının qarşısında partlayış izlərinin göründüyü kadrlar yayımlayıb.
Xatırladaq ki, oktyabrın 2-nə keçən gecə Kopenhagendəki Hellerup rayonunda İsrail səfirliyinin yaxınlığında iki partlayış baş verib. Xəsarət alan olmayıb. Həbs altında olan 16 və 19 yaşlı isveçlilər terror cinayətlərində şübhəli bilinir. Danimarka polisi hadisədən sonra sərhəd nəzarətinin gücləndirilməsi barədə qərar qəbul edib.
"HƏMAS" teqi üzrə xəbərlər
- KİV: "HƏMAS İsraillə girovlarla bağlı razılığa gəlməyə hazırdır"
- BCM Benyamin Netanyahu və Yoav Qalantın həbsinə order verdi
- İsrail İranın HƏMAS-a maliyyə yardımına və 7 oktyabr hücumlarına dəstəyinə aid sənədləri ələ keçirib
- İsrail HƏMAS-a pul təklif etdi
- İsrail son 24 saatda "Hizbullah" və HƏMAS-ın 120-dən çox hədəfinə hücum edib
Rəylər