Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
İlon Mask Venesuela prezidentinin kosmosdan lazerlə bığlarını yandırmaqla hədələdi
Amerikalı sahibkar və biznesmen İlon Mask Venesuela hakimiyyətinin ölkədə "X" sosial şəbəkəsinin fəaliyyətini dayandırmaq qərarından sonra "kosmik lazer"dən istifadə edərək Venesuela prezidenti Nikolas Maduronun bığını yandıracağını bəyan edib.
Oxu.Az-ın verdiyi məlumata gör, o bu fikrini "X" sosial şəbəkəsində bölüşüb.
Sosial şəbəkədə istifadəçilər sahibkardan Venesuela hakimiyyətinin ölkədə "X" sosial şəbəkəsini bloklamaq qərarına cavab olaraq "kosmik lazerlər" hazırlayıb-hazırlamadığını soruşublar.
"Biz onun bığını kosmosdan yandıracağıq!" - deyə Mask bildirib.
Qeyd edək ki, Maduro "X" sosial şəbəkəsinin ölkədə qanunvericiliyi dəfələrlə pozduğunu və buna görə də onun Venesueladakı fəaliyyətinin 10 gün müddətinə dayandırılacağını bəyan edib. O, sosial şəbəkənin nifrət, faşizm, vətəndaş müharibəsi, venesuelalıların qarşıdurmasını və ölkənin bütün qanunlarını qızışdırdığını bildirib.
"İlon Mask" teqi üzrə xəbərlər
- Trampın vəzifəyə təyin etdiyi İlon Mask: "Bir çox qərarlar məndən xəbərsiz qəbul olunur"
- "Starship" altıncı sınaq uçuşunu başa vurdu: Platforma sürətləndiricini tuta bilmədi
- Mask Sorosa qarşı: ABŞ-nin yeni pandemiyaya hazırlığı barədə milyarderlərin "döyüşü"
- "Tesla"nın səhmləri kəskin bahalaşdı - SƏBƏB
- İlon Mask: "Avropa ölür"
Rəylər