Azərbaycan Ordusunun bu gün vəfat edən hərbi qulluqçusu Bəhri Fərman oğlu Tağıyev Kəngərli rayonunun Xok kəndində dəfn olunub.
"Report" xəbər verir ki, B.Tağıyevin dəfn mərasimində onun qulluq etdiyi hərbi hissənin nümayəndələri, rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, B.Tağıyev Kəngərli rayonunun Xok kəndində doğulmuşdu. O, bu gün səhhətinin qəfil pisləşməsi ilə əlaqədar tibb müəssisəsinə təxliyə edilərkən yolda vəfat edib.
B.Tağıyev ailəli idi, 5 yaşlı oğlu var.
Azərbaycan Ordusunun hərbi qulluqçusu Bəhri Fərman oğlu Tağıyev səhhətinin qəfil pisləşməsi ilə əlaqədar tibb müəssisəsinə təxliyə edilərkən yolda vəfat edib.
Oxu.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Faktla bağlı araşdırma aparılır.
Rəylər