Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Harris sorğularda Trampı qabaqlayır
Ən yüksək dövlət postu uğrunda mübarizə aparan ABŞ vitse-prezidenti Kamala Harris, Demokratlar Partiyasının qurultayı ərəfəsində keçirilən sorğularda Respublikaçı rəqibi Donald Trampı 5% qabaqlayır.
Oxu.Az xəbər verir ki, bunu "ABC" televiziya şirkəti, "The Washington Post" qəzeti və "Ipsos" sosioloji xidmətinin birgə keçirdiyi sorğunun nəticələri sübut edir.
Araşdırmaya görə, ABŞ vətəndaşlarının 50%-i Harrisi, 45%-i isə Trampı dəstəkləyir. Noyabr ayında keçiriləcək səsvermədə iştirak etməyi planlaşdıran və artıq qeydiyyatdan keçmiş amerikalı seçicilər arasında keçirilən sorğunun nəticələri də bunu göstərir: Harris Trampı 4% qabaqlayıb.
Sorğu avqustun 9-dan avqustun 13-dək aparılıb. Burada ölkə üzrə 2.3 mindən çox insan iştirak edib.
Qeyd edık ki, ABŞ-də prezident seçkisi noyabrın 5-də keçiriləcək.
Rəylər