Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Türkiyə Superliqası: "Qalatasaray"a qələbə üçün bir qol bəs etdi
Türkiyə Superliqasında 13-cü turun oyunları keçirilir.
Oxu.Az xəbər verir ki, hazırda yarışa başçılıq edən son çempion "Qalatasaray" səfərdə "Bodrum"la qarşılaşıb.
İlk hissənin sonlarında meydan sahibləri azlıqda qalıblar. "Cim-Bom" say üstünlüyündən yalnız 54-cü dəqiqədə yararlanıb. Batşuayinin dəqiq zərbəsi "aslanlar"a qələbə qazandırıb - 0:1. Bu, İstanbul klubunun sayca 14-cü ardıcıl səfər qələbəsi olub.
Hazırda "Qalatasaray" 34 xalla yarışın vahid lideridir. Onun ən yaxın izləyicisi "Fənərbağça" 5 xal geridədir. "Bodrum" isə 11 xalla 16-cı pillədə qərarlaşıb.
"Türkiyə Superliqası" teqi üzrə xəbərlər
- Türkiyə Superliqası: "Fənərbağça"dan 6 qol
- Türkiyə Superliqasında mövsümün ən yaxşı futbolçularının siyahısı açıqlanıb
- Acun Ilıcalı Joze Mourinyonun "Fənərbağça" ilə bağlı açıqlamasından sonra baş məşqçiyə qəzəblənib
- "Fənərbağça" səfərdə "Trabzonspor"a qalib gəldi
- Türkiyə Superliqası: "Beşiktaş" məğlub oldu
Ən çox oxunanlar
Rəylər