Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Kosmik xaos: Qalaktikaların toqquşmasından yaranan səs dalğası gəlib Yerə çatdı
Yerə kosmik fəzadan ən güclü təsirlərdən biri qeydə alınıb. Belə ki, beş qalaktikanın toqquşmasından yaranan səs zərbəsinin dalğası Yerə çatıb.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Monthly Notices of the Royal Astronomical Society" jurnalı məlumat verib.
Bildirilir ki, həmin qalaktikalar qrupu "Stefan kvinteti" adlanırdı.
Məlumata görə, kosmik xaosda "NGC 7318b" qalaktikası inanılmaz, 3.2 milyon km/saat sürətlə qrupun digər dörd qalaktikası ilə toqquşub.
"Əslində, bu, nəhəng qalaktikalararası zibil sahəsidir. Yeni "qanun pozucusu" "NGC 7318b" zibil sahəsinə çırpılaraq ondakı plazma və qazı sıxıb. Bu zaman o plazmanı yenidən aktivləşdirərək, onun radiotezliklərdə parlamasına səbəb olub və çox güman ki, ulduz əmələ gəlməsi prosesini başladıb", - deyə məqalədə bildirilib.
Alimlər bu zərbə cəbhəsini səs baryerini aşan reaktiv qırıcının səs partlayışı ilə müqayisə ediblər.
Qeyd edək ki, "Stefan kvinteti" ən çox öyrənilən kompakt qalaktika qruplarından biridir. "Qalaktika qəzası" Yerdən 290 milyon işıq ili məsafədə baş verib.