Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
FTB Trampın qələbəsini düzgün proqnozlaşdıran bukmeykerdən qisas alır
ABŞ-də prezident seçkisində Donald Trampın qələbəsini proqnozlaşdıran bukmeyker agentliyinin direktoru FTB tərəfindən təqibdədir.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "The New York Post" qəzeti xəbər yayıb.
Bildirilir ki, FTB agentləri "Polymarket" bukmeyker agentliyinin baş direktoru Şeyn Koplanın mənzilinə soxularaq onu yuxudan oyadıblar, smartfon və digər elektron cihazlarını araşdırma üçün təhvil verməsini tələb ediblər.
Baş verənləri "çox pis nəhəng siyasi tamaşa" adlandıran mənbə qeyd edib ki, FTB müsadirə edilmiş əşyaların hər hansı biri üçün 26 yaşlı Koplanın vəkilinə müraciət edə bilərdi.
Reydin səbəbi agentlik sahibinə bildirilməyib, lakin mənbə hesab edir ki, bu, "Polymarket"in ənənəvi sosioloji sorğulardan fərqli olaraq Trampın vitse-prezident Kamala Harris üzərində asan qələbəsini dəqiq proqnozlaşdırdığına görə siyasi qisas olub.
Xatırladaq ki, ABŞ-də prezident seçkisi noyabrın 5-də keçirilib. Ali vəzifə uğrunda Demokrat Partiyasından namizəd Kamala Harris və Respublikaçılar Partiyasından Donald Tramp mübarizə aparıblar. Səsvermənin nəticələrinə görə, Tramp 312, Harris isə 226 səs toplayıblar.
ABŞ-nin 47-ci prezidentinin andiçmə mərasimi 2025-ci il yanvarın 20-də keçiriləcək.
Rəylər