Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Əsəd: "Suriya dostlarının köməyi ilə terrorçuları məğlub etməyə qadirdir"
Suriya prezidenti Bəşər Əsəd BƏƏ prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanla söhbətində ölkəsinin müttəfiqlərinin və dostlarının köməyi ilə terrorçuları məğlub etməyə qadir olduğunu bildirib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Suriya liderinin ofisi məlumat yayıb.
"Prezident Əsəd telefon danışığı zamanı vurğulayıb ki, Suriya öz ərazi bütövlüyünü terrorçulardan və onların havadarlarından müdafiə edir, müttəfiqləri və dostlarının köməyi ilə onları məhv etməyə qadirdir", - ofisin məlumatında deyilir.
Qeyd edək ki, sosial mediada paytaxt Dəməşqdə çevrilişin baş tutduğu və Əsədin Moskvaya qaçdığı barədə iddialar yayılıb. Dövlət başçısının ofisindən verilən açıqlama ilə bu iddialar təkzib edilib.
Digər iddialara əsasən, Rusiya yaxın saatlar ərzində Suriya hökumətinə yardım üçün hərbi kontingent göndərəcəyini vəd edib.
"Bəşər Əsəd" teqi üzrə xəbərlər
- Suriya yenidən gündəlikdə - "Hizbullah" və HƏMAS-dan sonra növbə Bəşər Əsədə çatır
- Suriya İsrailə hücum üçün İrana icazə verməyəcək?
- Xanımlarının telefonları və pultlar: İsrail kəşfiyyatının "Hizbullah"a necə sızdığı açıqlandı
- İsrailin raket hücumu nəticəsində Bəşər Əsədin qardaşı da həlak olub?
- Bəşər Əsəd Türkiyə ilə barışıq barədə danışdı
Rəylər