Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Suriya İsrailə hücum üçün İrana icazə verməyəcək?
Suriya Prezidenti Bəşər Əsədin qardaşı Mahir Əsədin komandanlığı altında olan 4-cü diviziya İrana bağlı proksi qruplarından biri kimi Livanın "Hizbullah" hərəkatından uzaqlaşır.
"Azad İran" "Telegram" kanalının məlumatına görə, bu barədə Suriya İnsan Haqları Müşahidə Qrupu xəbər verib.
Bildirilir ki, Mahir Əsədin komandanlığı altındakı diviziya ölkə ərazisindən istifadə edilərək İsrailin hədəfə alınmasının qarşısını almaq üçün bir sıra tədbirlər görüb.
"Diviziya Suriyanın bölgələrində yerləşən qüvvələr tərəfindən Colan təpələrində ABŞ və ya İsrail qüvvələrinin hədəfə alınmasının qarşısının alınmasına da göstəriş verib", - deyə mənbədən bildirilib.
"İsrail-İran gərginliyi" teqi üzrə xəbərlər
- İsrail İranın HƏMAS-a maliyyə yardımına və 7 oktyabr hücumlarına dəstəyinə aid sənədləri ələ keçirib
- Ayətullah Sistani İran-İsrail gərginliyi fonunda İraqın siyasəti ilə bağlı danışdı
- İran prezidenti: "Onların bizə hücuma cəsarət etməmələri üçün raketlərimiz var"
- Təbrizdəki ballistik raket bazası yaxınlığında hərbi texnikaların daşınması görüntüləri yayıldı
- İran İsrailə hücum üçün daha güclü silahlar tətbiq edə bilər
Rəylər