Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
On ilə yaxın lotereyada eyni nömrələri yazan kişi sonda qalib oldu
ABŞ-nin Kentukki ştatında Leksinqton şəhərinin sakini on ilə yaxın eyni nömrələrlə "Lucky For Life" lotereyasında oynayıb. Nəticədə o, bu ilki tirajda hər il ödəniləcək 25 000 dollar məbləğində mükafat qazanıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Lexington Herald-Leader" məlumat yayıb.
Qlenn adlı kişi bileti 7, 10, 17, 24 və 26 nömrələri ilə doldurub. Bu nömrələr onun üçün xüsusi məna daşıyır və sevimli beysbol oyunçuları ilə əlaqəlidir.
Beləliklə də, Qlenn bundan sonra ən azı 20 il ərzində hər il 25 000 ABŞ dolları məbləğində ödəniş alacaq.
"Lotereya" teqi üzrə xəbərlər
Ən çox oxunanlar
Rəylər