Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Paşinyan hökuməti istefaya göndəriləcək?
Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan iyunun 17-də parlamentin növbədənkənar iclasının çağırılması barədə göstəriş verib.
Göstəriş qanunverici orqanın saytında dərc olunub.
İclasın gündəliyinə hökumətin istefası və yeni nazirlər kabinetinin formalaşdırılmasının zəruriliyi ilə bağlı məsələnin daxil edilməsi təklif olunub. Lakin Ermənistan Milli Assambleyasının Şurası müxalifətin baş nazirin impiçmentini müzakirə etmək məsələsini növbədənkənar iclasın gündəliyinə daxil etmək tələbini rədd edib.
İyunun 17-də müxalifətin təşəbbüsü ilə növbədənkənar toplantı keçirilməlidir. Bununla belə, iqtidar partiyası (Vətəndaş Sazişi) burada iştirak etmək niyyətində deyil.
Qeyd edək ki, bazar günü axşam "Vətən naminə Tavuş" müxalifət hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyan bildirib ki, müxalifət parlamentdə Baş nazir Nikol Paşinyanın impiçmenti prosesini başladacaq.
Mənbə: Sputnik
"Ermənistanda etirazlar" teqi üzrə xəbərlər
- Nikol Paşinyan üçün çətin dilemma: "Hərbi çevriliş riski artır"
- Ermənistanda hakimiyyət əleyhinə aksiya: Konstitusiya Məhkəməsinin binasına doğru yürüş keçirilir
- Ermənistan müxalifəti yenidən mitinq keçirəcək
- Ermənistan cəmiyyətində revanşizm ideyası yoxa çıxmayıb - Rəy sorğusunun kədərli nəticəsi
- Mixail Neyjmakov: "Aİ-yə daxil olmaq və konstitusiyaya dəyişikliklər bir "paket"ə salına bilər"