Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Xameneinin daha bir "X" hesabının fəaliyyəti məhdudlaşdırıldı
"X" platforması İranın Ali Rəhbəri Əli Xameneinin italyan dilində kontent dərc edən sosial şəbəkə hesabının fəaliyyətini məhdudlaşdırıb.
Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verir.
Bildirilib ki, Xameneinin səhifəsinə daxil olan zaman "İstifadəçinin hesabı qaydaların pozulması səbəbindən bloklanıb" məzmunlu mesaj görünür.
Qeyd etmək lazımdır ki, Əli Xameneinin hesablarının ilk bloklanması halı deyil. Bundan əvvəl onun ivrit dilində hesabı platforma açıldıqdan bir gün sonra bağlanmışdı.
Bundan başqa, Xameneinin Azərbaycan dilində mesajlar yerləşdirdiyi səhifəsi də bir neçə günlük bloklanmışdı.
"Seyid Əli Xamenei" teqi üzrə xəbərlər
- Xamenei gedir, yerinə oğlu gəlir?
- Əli Xameneinin Suriyada səfərdə olan müşaviri Laricaninin görüş yerinin yaxınlığı hədəfə alındı
- Xameneidən sərt qərar: "Hamı bilsin, Tramp administrasiyası ilə danışıqlar qadağandır!"
- İranın ali rəhbəri yenidən ABŞ və İsraili hədələdi
- Xamenei: "İsrail və ABŞ-ni sarsıdıcı cavab gözləyir"
Rəylər