Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
"Azercell"in "Kitab Klubu" mütaliə həvəskarlarını bir araya gətirdi
"Azercell" "Kitab Klubu" layihəsi çərçivəsində Azərbaycanın ədəbi irsinin təşviqinə töhfə verməyə davam edir. Şirkət növbəti "Kitab Klubu"nda oxucularla məşhur simaları bir araya gətirdi. Ədəbiyyat axşamının qonaqları yazıçı Ceyhun Hidayətli, qiraətçi Xəzər Süleymanlı və ssenarist Azər Aydəmir oldular.
Tədbiri giriş sözü ilə açan "Azercell"in Korporativ Ünsiyyət departamentinin direktoru Sona Abbasova iştirakçılara layihə haqqında məlumat verib:
"Klubumuz cəmiyyətdə, xüsusilə də gənclər arasında mütaliə mədəniyyətinin inkişafına xidmət edir. "Azercell" illərdir ki, mədəni irsimizin qorunub saxlanmasına yönələn çoxsaylı təşəbbüslər həyata keçirir. 2017-ci ildən etibarən "Azercell" "Audiokitab" layihəsi çərçivəsində doğma dilimizdə rəqəmsal məzmunun zənginləşdirilməsinə töhfə verməklə yanaşı, ədəbi irsimizin dünyanın müxtəlif dillərində də yayımlanmasına və tanınmasına dəstək olur".
Yüksək əhvali-ruhiyyə ilə keçən görüşdə Xəzər Süleymanlı tədbir iştirakçılarını Vaqif Səmədoğlunun yaradıcılığı ilə tanış edib, onun sevilən şeirlərini səsləndirdib. Daha sonra qonaqlar müasir Azərbaycan ədəbiyyatı, son zamanlar geniş auditoriyanın diqqətini çəkmiş "Əqrəb" romanı və əsər əsasında ərsəyə gələn "Əqrəb mövsümü" serialı haqqında danışıblar.
Tədbirdə tanınmış simalarla yanaşı, "Azercell"in "Kitab Klubu"nun üzvləri də iştirak edərək Cəfər Cabbarlının "Bookmate" və "Litres" platformalarında yerləşdirilmiş "Sevil" və "Almaz" pyeslərindən parçalar səsləndiriblər.
"Azercell Telekom" MMC-nin fəaliyyəti haqqında ətraflı məlumat əldə etmək üçün:
"Azercell" - Sənə yaxın gələcək | Azərbaycanın lider mobil rabitə operatoru
"Azercell" teqi üzrə xəbərlər
- "Azercell"dən "Möhtəşəm Cümə" endirimləri
- "Azercell" "Tələbələrin Akselerasiya Proqramı" üzrə layihə tərəfdaşı qismində çıxış edir
- "Azercell Biznes" rəqəmsal sənədləşmə imkanını təqdim edir
- "Azercell" COP29-un telekommunikasiya tərəfdaşıdır
- "Azercell" "Ən Yaxşı Mükafatlandırma və Tanıma Strategiyası" mükafatına layiq görülüb
Rəylər