Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Mastercard dayanıqlılıq mövzusunda "Sandbox as a Service" hakatonunun qaliblərini elan edir
"Mastercard" ABB ilə əməkdaşlıq çərçivəsində iqlim dəyişikliyinə qarşı mübarizə üçün innovativ fintex həlləri kəşf etmək məqsədilə keçirilən "Sandbox as a Service" platforması üzrə virtual hakatonu uğurla başa vurub.
Hakatonda regionun 8 aparıcı fintex startapı iştirak edib və dayanıqlı inkişafı dəstəkləmək və karbon emissiyalarını azaltmaq üçün məhsulları canlı təqdim ediblər. Ümumilikdə 50-dən çox regional və yerli fintex həlləri dəyərləndirilib. Finalçılar Azərbaycan bazarında fəaliyyət göstərə bilmək qabiliyyəti, banklarla inteqrasiya üçün hazır canlı məhsullar təqdim etmək və dayanıqlılıq mövzusuna uyğun olmaq kimi meyarlara əsasən seçilib.
Final günündə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, ABB, "Kapital Bank", "Paşa Bank", "Mastercard" və "Sabah Hub"ı təmsil edən altı ekspertə iştirakçılar tərəfindən məhsul təqdimatları keçirilib. Ekspertlər təqdim edilmiş həlləri "Sandbox as a Service" platformasında banklar, innovasiya və istifadəçi təcrübəsi üçün aktuallıq baxımından dəyərləndirib.
Dayanıqlılıq üzrə hakatonun qalibləri aşağıdakılar olublar:
• 1-ci yer - "CARBONEMIT"
• 2-ci yer - "BESO"
• 3-cü yer - "FARADAI"
Birinci yerə çıxan "CARBONEMIT" startapı ABB tərəfindən inkişafını genişləndirmək üçün 10 000 ABŞ dolları və "Mastercard "Sandbox as a Service" platformasına tam giriş imkanı əldə edəcək. İkinci və üçüncü yerin sahibləri isə platformaya fərdi giriş hüququ və əlavə "Mastercard" üstünlükləri ilə mükafatlandırılacaqlar.
Bu komandalar iqlim problemlərinin həlli üzrə qabaqcıl yanaşmalar və banklar, həmçinin maliyyə institutları üçün praktik tətbiqlər təklif etməklə münsiflərdən yüksək qiymət alıb.
"Mastercard" dayanıqlı innovasiyaları dəstəkləməyə, ətraf mühitə qarşı məsuliyyəti təşviq etməyə və daha yaşıl gələcəyə töhfə verən fintex həllərini dəstəkləmək öhdəliyinə sadiqdir.
"COP29" teqi üzrə xəbərlər
- COP29-un on ikinci günü: Mavi Zona tədbirləri
- Almaniya XİN: "İqlim dəyişikliyinin təsirinin azaldılması üçün iqlim maliyyəsi lazımdır"
- Yaşıl Zonada COP29-un irsi ilə bağlı tədbir keçirilib
- Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır
- Rusiya prezidentinin köməkçisi Moskva və Bakının iqlim sahəsindəki layihələrini açıqladı
Rəylər