Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
"Azercell" "Ən Yaxşı Mükafatlandırma və Tanıma Strategiyası" mükafatına layiq görülüb
Azərbaycan HR İnstitutunun təşkilatçılığı ilə "Dayanıqlı gələcək üçün yaşıl insan resursları" mövzusunda "COP29 Human Capital Forum"u baş tutub. Bu tədbirdə "Azercell Telekom" MMC insan kapitalının qiymətləndirilməsi və əməkdaşlarının peşəkar inkişafına verdiyi dəstəyə görə "Ən Yaxşı Mükafatlandırma və Tanıma Strategiyası" ("Best Rewards and Recognition Strategy") mükafatı ilə təltif edilib.
"Azercell"in insan kapitalının idarəolunması sahəsində apardığı proseslər və tətbiq etdiyi sistemlər beynəlxalq təcrübəyə uyğun qurulub. Şirkət istedadlı gənclərin işə cəlb olunmasına, peşəkar kadrların yetişdirilməsinə, onların bilik və bacarıqlarının artırılmasına daim xüsusi diqqət göstərir. "Azercell"in mükafatlandırma və tanıma strategiyası əməkdaşların iş məmnuniyyətini və bağlılığını artırmağa, onların fəaliyyətini dəyərləndirməklə daha yüksək nəticələr əldə etməyə yönəlib. Bu strateji yanaşma işçilərin peşəkar inkişafına dəstək olmaqla yanaşı şirkətin uğurlu gələcəyi üçün möhkəm zəmin yaradır.
Qeyd edək ki, "COP29 Human Capital Forum"u Azərbaycan Respublikasının Prezidentinin "Azərbaycan 2030: Sosial-iqtisadi inkişaf" proqramı çərçivəsində "Rəqabətli insan kapitalı və müasir innovasiyalar" prioritetinə əsaslanıb. Forumda yerli və beynəlxalq şirkətlərin insan resursları üzrə rəhbərləri, konsaltinq şirkətləri və dövlət qurumlarının nümayəndələri insan kapitalının davamlı inkişafı və iqlim dəyişikliyi ilə mübarizədə innovativ həllər mövzusunda fikir mübadiləsi aparıblar.
Forum dünyanın 160-dan çox ölkəsində 15 000-dən çox şirkət və 5 000-dən artıq üzvü olan BMT-nin Qlobal Sazişi ilə tərəfdaşlıq çərçivəsində keçirilib. "Azercell" də 2023-cü ildə Dayanıqlı İnkişaf Məqsədlərinə dəstək məqsədilə bu sazişə qoşulub və bu istiqamətdə fəaliyyətini davam etdirməkdədir.
"Azercell" teqi üzrə xəbərlər
- "Azercell"dən "Möhtəşəm Cümə" endirimləri
- "Azercell" "Tələbələrin Akselerasiya Proqramı" üzrə layihə tərəfdaşı qismində çıxış edir
- "Azercell Biznes" rəqəmsal sənədləşmə imkanını təqdim edir
- "Azercell" COP29-un telekommunikasiya tərəfdaşıdır
- "Azercell"in dəstəyi ilə yaradılan "Uşaq Qaynar Xətti"nə üç ay ərzində 500-ə yaxın zəng daxil olub
Rəylər