Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
"Bank Respublika" və EBRD COP29 çərçivəsində yaşıl kredit sazişi imzalayıb
Azərbaycanın ən böyük kommersiya banklarından biri olan "Bank Respublika" və Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycanda yaşıl layihələrin maliyyələşdirilməsi üçün kredit sazişi imzalayıblar. Kredit, Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində Kiçik və Orta Biznesin (KOB) Şərqi Tərəfdaşlıq ölkələrində rəqabət qabiliyyətinin və inklüzivliyinin artırılması proqramı çərçivəsində təqdim olunub.
Sazişə əsasən, beynəlxalq maliyyə qurumu Bank Respublika üçün 3 illik müddətə 7,5 milyon ABŞ dolları məbləğində Azərbaycan manatında (AZN) sintetik kredit ayıracaq. Kredit vəsaitləri ekoloji təmiz texnologiyalar və istehsal üsullarını tətbiq edən kiçik və orta müəssisələrin dəstəklənməsi üçün istifadə ediləcək.
Qeyd edək ki, saziş çərçivəsində, bank tərəfindən ayrılan kredit vəsaitlərini enerji səmərəliliyinin artırılmasına sərf edən və yaşıl texnologiyalardan istifadə edən sahibkarlara 10%-15% həcmində keşbek təqdim edəcək.
"Mikro, kiçik və orta sahibkarlıq iş yerləri yaratmaq və iqtisadi artımı təmin etmək potensialına malikdir və buna görə də bu kredit mühüm bir nailiyyətdir. Avropa İttifaqı biznesin dəstəklənməsinə böyük diqqət yetirir - bu, Azərbaycan üçün nəzərdə tutulmuş Avropa İttifaqının İqtisadi və İnvestisiya Planının əsas hissəsidir", - deyə Avropa İttifaqının Azərbaycan Respublikasındakı səfiri Peter Michalko qeyd edib. "Bakıda COP29-da olmaqdan və Avropa İttifaqı və etibarlı tərəfdaşımız "Bank Respublika" ilə birlikdə kiçik və orta sahibkarlığı dəstəkləməkdən məmnunam. Birlikdə Azərbaycan üçün dayanıqlı və inklüziv iqtisadiyyatın əsaslarını gücləndiririk", - deyə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Maliyyə Təşkilatları üzrə İdarəedici Direktoru Francis Malige qeyd edib.
"Bank Respublika" son iki ildə EBRD tərəfindən Azərbaycanda ticarətin maliyyələşdirilməsi sahəsində ən yaxşı tərəfdaş seçilib və biz bu sazişi bağlamaqla yaşıl texnologiyalar sahəsində də əməkdaşlıq etməyə başlamaqdan olduqca məmnunuq. Bu sazişin ölkəmizdə uğurla keçirilən qlobal tədbir olan COP29 çərçivəsində bağlanması isə, bizim üçün xüsusilə xoşdur. Cəlb edilən əvvəlki vəsaitlər kimi, bu kreditlər də Azərbaycanda sahibkarlığın dəstəklənməsinə, onların ekoloji təmiz texnologiyalar istifadə etməklə bizneslərini inkişaf etdirilməsinə yönəldiləcək. Biz aparıcı dünya maliyyə təşkilatı və eyni zamanda yaşıl iqtisadiyyatın maliyyələşdiirlməsi sahəsində qlobal liderlərdən biri olan EBRD ilə olan tərəfdaşlığımızı çox yüksək qiymətləndiririk və göstərdiyi dəstəyə görə təşəkkür edirik", - deyə "Bank Respublika"nın İdarə Heyətinin sədri Tariyel İsmayılov bildirib.
Daha ətraflı məlumatı bankın rəsmi saytında eləcə də "Facebook", "Instagram", "LinkedIn", "Telegram" səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Ünvan: Bakı şəh. Xaqani küç. 21
Əlaqə: (+994 12) 598 08 00 Faks: (+994 12) 598 08 00
Rəsmi sayt: www.bankrespublika.az
"COP29" teqi üzrə xəbərlər
- Türkiyədə tükürpərdən hadisə - Xəbərlərin 20:00 buraxılışı
- COP29-da azərbaycanlı uşaqlar iqlimlə bağlı aksiya keçiriblər
- "Haber Global": "Quterreş Bakıdan dünyaya səsləndi"
- David Lordkipanidze: "Düşünürəm ki, Bakıdakı COP29 indiyə kimi keçirilənlərin ən yaxşısıdır"
- Bu xəbərləri qaçırmayın: 21.11.2024-ün ən mühüm hadisələri
Rəylər