Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Yeni virus XƏBƏRDARLIĞI - Ürəkbulanma və mədə ağrısı ilə özünü göstərən infeksiya nədir?
Payız fəslində bir çox virus aktivləşir. Son günlər də ölkə ərazisində insanlar arasında ürəkbulanma, mədə ağrısı, ishal kimi əlamətlərlə özünü göstərən infeksiya yayılıb.
İnfeksiyaya yoluxanlar xəstəliyin sürətlə yayıldığını, 3-5 gün davam etdiyini deyirlər. Əlamətlər, əsasən, azyaşlı və məktəbyaşlı uşaqlar, eləcə də yaşlılar arasında yayılır.
Bəziləri bu simptomların yeni virus əlamətləri olduğunu iddia edirlər.
Bəs əlamətlərlə özünü göstərən virus nədir?
Bu barədə Bizim.media-ya danışan tibb sahəsi üzrə ekspert, professor Adil Qeybulla deyib ki, bir çox virus infeksiyaları qəribə kliniki vəziyyət yaradıblar:
"Hazırda yayılan ürəkbulanma, qusma, ishal, ümumi halsızlıqla müşayiət olunan respirator virusların bir formasıdır. Daha çox influenza virusudur ki, geniş yayılıb. Bir müddət əvvəl rotavirusların bu cür problem yaratdığı göz önündə idi. İndi adenoviruslar, enterviruslar, sonra koronavirusun "Omikron" ştamı, mutasiya variantları ayrı-ayrı ölkələrdə qəribə bir kliniki vəziyyət yaradıb. Yoluxan çoxdur, insanlar bunu ayaqüstü keçirdiklərindən çox önəm vermirlər".
Həkim insanları diqqətli olmağa səsləyib:
"Hər kəsə məsləhət görülür ki, diqqətli olsun, yoluxmadan maksimum özünü qorusun. Payız fəsli və qışa doğru getdiyini nəzərə alaraq, immun sistemini möhkəmləndirmək lazımdır. Bunun üçün vitaminli qidalar, meyvə-tərəvəz yeməyə çox diqqət etmək, fiziki aktivliyi artırmaq, açıq havada gəzmək çox vacibdir. Yəni immun sistemini formada saxlamaq lazımdır ki, problem olmasın.
Təcrübə göstərir ki, əlavə xəstəlikləri olan insanlar bu xəstəlikləri daha pis keçirirlər, ölüm halları da adətən bunların arasında daha çox rast gəlinir".
"Adil Qeybulla" teqi üzrə xəbərlər
- Hər rayonun niyə "öz xəstəliyi" var? - Səbəblər və çıxış yolları
- Vətəndaşla qurumlar arasında bölünən tibbi xidmət - Müştərək maliyyələşmənin tətbiqi nəyi DƏYİŞƏCƏK?
- Antibiotik preparatları reseptsiz satanları hansı cəza gözləyir?
- Əkizlərdən birində problem olanda digəri də HİSS EDİR?
- Hüseyn Abdullayevi tanınmış həkim müayinə edəcək
Rəylər