Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Yardımlıda müəllimlə təhsil sektorunun müdirinin əlbəyaxa davası ilə bağlı AÇIQLAMA
Bir neçə gün əvvəl Yardımlı rayon Bürzünbül kənd tam orta məktəbinin fiziki tərbiyə müəllimi Cəlil Zabidov və bu rayonun təhsil sektorunun müdiri Kamal Təhməzov arasında insident baş verib.
Bizim.media xəbər verir ki, müəllim sektor müdirinin xidməti otağına daxil olaraq videoçəkiliş aparıb və onu müxtəlif qanunsuzluqlara yol verməkdə ittiham edib.
Hətta tərəflər arasında münaqişə əlbəyaxa həddinə çatıb.
Məsələ ilə bağlı Lənkəran-Astara Regional Təhsil İdarəsindən bildirilib ki, C.Zabidov əsasən adıçəkilən təhsil müəssisəsində əyani vəsaitlərin verilməməsi ilə bağlı iddia irəli sürüb.
"Dərslik və metodiki vəsaitlər fiziki tərbiyə fənni üzrə təhsil proqramı (kurikulum) əsasında hazırlanaraq, Elm və Təhsil Nazirliyi tərəfindən müəllim və şagirdlər üçün təqdim olunan "video.edu.az", "trims.edu.az" və "e-dərslik.edu.az" platformalarında yerləşdirilir.
Artıq Zabidovun səsləndirdiyi digər iddialarla bağlı aparılan araşdırma Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən nəzarətə götürülüb. Həmçinin hadisənin kobudluq formasında baş verdiyi, icazəsiz videoçəkiliş hüquq-mühafizə orqanlarında araşdırılacaq".