Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Viruslar yenidən AKTİVLƏŞİR - Qarşıdakı aylarda koronavirusa yoluxma arta BİLƏR?
Azərbaycanda koronavirus pandemiyası səbəbi ilə xüsusi karantin rejimi davam edir. Həmçinin, ölkəmiz gələn həftə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcək. Payız aylarında virusların aktivliyini və ölkəmizə çox sayda qonaqların gələcəyini nəzərə alsaq, koronavirusa yoluxma hallarının yenidən arta biləcəyi ilə bağlı sual yaranır.
Yoluxma sayının artmaması üçün nələrə diqqət etmək lazımdır?
Mövzu ilə bağlı Bizim.media-ya danışan həkim Rasif Bağırov deyib ki, hazırda koronavirusa yoluxanlara rast gəlinmir:
"COP29-la bağlı müəyyən tədbirlər görülür. Əgər Azərbaycanda koronavirus varsa, havanın isti və soyuq olmasından asılı olmayaraq, yoluxma sayı arta bilər. Bu virus soyuğa və istiyə baxmır. Sadəcə, soyuq havalarda virusların yayılma ehtimalı bir az çox olur, yaxud onların fəaliyyəti üçün daha yaxşı şərait yaranır. Hazırda respublikada koronavirus deyilən xəstəliyə rast gəlmirik. İndi laboratoriyaların çoxunda COVID-19-u yoxlayan testlər var. Yuxarı tənəffüs yollarında problemlərlə bağlı həkimlərə müraciət edən xəstələr bu testlərdən keçə bilərlər".
Terapevt soyuq havalarda səhiyyə mərkəzlərinin nəzarəti artıra biləcəyini bildirib:
"Virusun müəyyən konsentrasiyası var, əgər o, normadan artıq olursa, onda artıq çox ciddi tədbirlər, hətta qapanma belə ola bilər. Amma mən elə bir prosesin olacağını güman etmirəm. Virus bir canlı orqanizmdir, əgər bu canlı orqanizm indiyədək həkimlər və ya əhali arasında ciddi narahatlıq yaratmayıbsa, demək ki, koronavirusa rast gəlmərik. Yəni soyuq havalarda adi soyuqdəymələr də ola bilər".
"COVID-19" teqi üzrə xəbərlər
- Amerikalı qadın peyvənddən imtina etdiyi üçün işdən çıxarıldı: Milyonlarla dollar təzminat aldı
- Azərbaycanda onlayn təhsil effekt vermir - Ekspert RƏYLƏRİ
- COP29-a gələn qonaqlardan koronavirus testi götürüləcək? - RƏSMİ AÇIQLAMA
- Alimlər sosial canlıların əsas üstünlüklərini və çatışmazlıqlarını açıqladılar
- Baş nazirdən Bakı Şəhər Baş Səhiyyə İdarəsinin tibb işçilərinin maaşları ilə bağlı QƏRAR
Rəylər