Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Azərbaycanda onlayn təhsil effekt vermir - Ekspert RƏYLƏRİ
Hər şey onlayn platformaya daşındığı kimi, artıq repetitor hazırlıqlarının da bu formada təşkil olunmasına şahidlik edirik. Bu şəkildə keçirilən hazırlığın effekti varmı?
Mövzu ilə bağlı Modern.az-a danışan təhsil eksperti Elçin Murad bildirib ki, bu gün cəmiyyətdə bir çox sahələrdə onlayn sistemə keçidlə bağlı ikili yanaşma var:
"Dünya təcrübəsindən yola çıxdığımız zaman onlayn sistem həm vaxta qənaət, həm də sıxlıq cəhətdən effektivdir. Lakin mən belə düşünürəm ki, Azərbaycanda bu sistem təhsil sahəsində, xüsusilə də şagird və abituriyent faktorunda o qədər də güclü effekt verə bilmir. Yaxın keçmişdə biz COVID-19 pandemiyası zamanı şahidi olduq ki, şagird və ya abituriyent onlayn təhsildən yararlana bilmir. Burada bir neçə səbəb var:
1. Əlindəki imkanlar buna kifayət etmir;
2. Şagird və ya abituriyent təhsilə ciddi yanaşmır;
3. Şagirdin və ya abituriyentin internet problemi yaşaması buna mane olur".
Ekspertin sözlərinə görə, repetitor fəaliyyətinin onlayn sistemə keçirilməsinə gəldikdə, burada müəllimə və valideynə çox böyük məsuliyyət düşür:
"Müəllim abituriyenti dərsə cəlb etməlidir, valideyn isə bunun təmin olunması üçün nəzarəti gücləndirməlidir. Tədris zamanı mövcud şərait yaradılmalı və müəllim abituriyenti canlı şəkildə müşahidə etməyi bacarmalıdır. Əgər aspektlər nəzərə alınmazsa, o zaman onlayn təhsildən çox da böyük nəticələr, uğur əldə etmək mümkün deyil".
Digər təhsil eksperti Elnur Aydın bildirib ki, onlayn repetitor hazırlıqları son illərdə artıb:
"Onlayn dərslər o zaman effektiv olar ki, həm öyrədən, həm də öyrənən onlayn platformaların imkanlarından düzgün və lazımınca istifadə edə bilsin. Müasir onlayn platformalar yalnız passiv dinləmə ilə məhdudlaşdırmır. Ekran paylaşımı, onlayn testlər, rəyvermə və birgə iş alətləri sayəsində interaktiv dərslər keçirmək mümkündür. Bu imkanlardan istifadə edilərsə, onlayn platformalarda dərs effektiv olar. Öyrənənlər mövzunu daha yaxşı mənimsəyir və dərsdə fəal iştirak edər".
E.Aydın qeyd edib ki, dərslərin onlayn keçirilə bilməsi həm öyrənənlər, həm də müəllimlər üçün yer və vaxt baxımından çevikliyi təmin edir:
"Müəllimlər onlayn dərslər zamanı rəqəmsal resurslardan istifadə edərək, materialları zənginləşdirə bilirlər. Bu resurslar tələbələr üçün mövzuları daha asan anlamağa kömək edir və müxtəlif öyrənmə tərzlərinə uyğundur. Öyrənənin irəliləyişini izləmək üçün müxtəlif alətlər və onlayn sistemlər vasitəsilə testlər, kiçik layihələr və ya digər qiymətləndirmə üsulları tətbiq olunur. Bu, həm repetitor, həm də valideynlər üçün öyrənmə prosesinə nəzarət etməyə imkan verir. Onlayn platformada dərslərin keçirilməsi üçün həm müəllim, həm də tələbə uyğun cihazlara və stabil internetə malik olmalıdır. Bu zaman öyrənənin motivasiyası da önəmlidir. Ev şəraitində diqqəti cəmləmək bəzi uşaqlar üçün çətin ola bilir".
"COVID-19" teqi üzrə xəbərlər
- Amerikalı qadın peyvənddən imtina etdiyi üçün işdən çıxarıldı: Milyonlarla dollar təzminat aldı
- Viruslar yenidən AKTİVLƏŞİR - Qarşıdakı aylarda koronavirusa yoluxma arta BİLƏR?
- COP29-a gələn qonaqlardan koronavirus testi götürüləcək? - RƏSMİ AÇIQLAMA
- Alimlər sosial canlıların əsas üstünlüklərini və çatışmazlıqlarını açıqladılar
- Baş nazirdən Bakı Şəhər Baş Səhiyyə İdarəsinin tibb işçilərinin maaşları ilə bağlı QƏRAR
Rəylər