Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Mina Raman: "İnkişaf etmiş ölkələr müstəmləkəçilik və neo-müstəmləkəçilik sayəsində varlanıblar"
"İnkişaf etmiş ölkələr ədalətli olmaqla yanaşı, emissiyalarla bağlı məsuliyyət prinsiplərindən kənara çıxmaq istəyirlər. Ədalətliliyin əsas prinsipi isə inkişaf etmiş ölkələrin öz tarixi məsuliyyətlərinə cavabdeh olduğunu etiraf etməkdən yaranıb".
Oxu.Az xəbər verir ki, bunu iqlim Ədalətini Tələb Etmək üçün Qlobal Kampaniya mövzusunda keçirilən mətbuat konfransında Üçüncü Dünya şəbəkəsinin rəhbəri, hüquq məsləhətçisi Mina Raman deyib.
O bildirib ki, həmin ölkələrin tarixi məsuliyyət daşıdığını etiraf edə bilməsək, mövcud mənzərə əsasında danışa bilməyəcəyik:
"Ən mühüm etiraf isə odur ki, inkişaf etmiş ölkələr müstəmləkəçilik və neomüstəmləkəçilik sayəsində varlanıblar. Onların bütün strukturları var, lakin onlar hələ də davamlı inkişaf üçün bir çox strukturları tətbiq etməyə davam edirlər".
Mərahim Nəsib
"COP29" teqi üzrə xəbərlər
- COP29 Sədrliyi bəyanat yaydı
- Ceyhun Bayramov almaniyalı həmkarı ilə görüşdü
- Berbok: "Maliyyəyə çıxış xüsusilə iqlim təsirlərindən ən çox əziyyət çəkən dövlətlər üçün lazımdır"
- Annalena Berbok: "Qadınlar masa arxasında deyillərsə, sülh sazişləri çox vaxt uzun sürmür"
- İlaira Katastini: "Azərbaycanda insanlar enerji keçidinin əhəmiyyətini dərindən dərk edirlər"
Rəylər