Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Amerikalı qadın peyvənddən imtina etdiyi üçün işdən çıxarıldı: Milyonlarla dollar təzminat aldı
Amerikalı dindar katolik qadın, COVID-19-a qarşı peyvənd olunmaqdan imtina etdiyi üçün onu işdən çıxaran şirkətdən təxminən 13 milyon dollar təzminat alıb.
Oxu.Az xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb.
Qeyd olunur ki, Liza Domski 30 ildən çox "Blue Cross Blue Shield" şirkətində İT mütəxəssisi kimi işləyib. 2021-ci ildə şirkət rəhbərliyi dini inancları və ya buna mane olan tibbi göstərişin olmadığı təqdirdə, bütün işçilərini COVID-19-a qarşı peyvənd etməyə məcbur edib. Qadın vaksinlərin abortdan sonra qalan embrion hüceyrələri üzərində sınaqdan keçirilə biləcəyindən ehtiyat edib, çünki bu onun xristian inancına ziddir.
Domski peyvənd tələbindən azad olmaq üçün müraciət edib, lakin onun istəyi rədd edilib. "Blue Cross Blue Shield" onun inancının doğruluğuna şübhə edib. Bir ay sonra qadın işdən çıxarılıb. Daha sonra o, ayrı-seçkiliyin qurbanı olduğunu iddia edərək məhkəməyə müraciət edib.
Qadın pandemiya zamanı şirkətdə tamamilə distant şəkildə işlədiyini, buna görə də, peyvənd olunmadığından başqaları üçün risk yaratmadığını bildirib.
"COVID-19 peyvəndi" teqi üzrə xəbərlər
- Bill Qeyts COVID-19 peyvəndinə görə məhkəməyə çıxarılacaq
- Koronavirusdan sağalan uşaqlarda daha bir qorxulu xəstəliklə bağlı proqnoz verildi
- Koronavirus şəklini dəyişib tanınmaz oldu: COVID-19 yeni "sürprizini" hazırlayır
- Dünyada bir ilk: Yeddi ölkə ağciyər xərçənginə qarşı peyvənd sınaqlarına başladı
- COVID-19 peyvəndinin gözlənilməz təsiri aşkar edildi
Rəylər