Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Rusiyalı səyyah: "Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin böyük turizm potensialı var"
"Azərbaycanın Qarabağ bölgəsində tikintinin nə qədər fəal getdiyini və regionun sürətlə inkişaf etdiyini görmək çox xoşdur".
Bunu "Report"a Cəbrayılda rusiyalı səyyah Anna Zavyalova deyib.
Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərin böyük turizm potensialı var.
"Burada zəngin tarixə malik çoxlu şəhərlər var, məsələn, elə həmin Şuşa. Anladığım qədərilə, Xudafərin də çox qədim körpüdür. Təbii ki, bu yerlərin böyük turizm potensialı var", - A.Zavyalova qeyd edib.
Səyyah həm də tarixi abidələri vandalizmdən qorumağa dair çağırış edib.
Rayonun gələcəkdə inkişafından danışan A.Zavyalova yerli sakinlərin buraya qayıtmasını arzuladığını qeyd edib.
Xatırladaq ki, 35 nəfər beynəlxalq səyyahdan ibarət nümayəndə heyəti Azərbaycanın işğaldan azad edilmiş ərazilərində səfərdədir. Bu gün onlar Cəbrayıl rayonundakı Xudafərin körpüsündə olublar.
Səfər dünyaca məşhur MTP (Most Traveled People) təşkilatı tərəfindən təşkil edilib.
Son 4 ildə 50-yə yaxın ölkədən 360-dan çox beynəlxalq səyahətçi Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edib. Çarlz Veylinin başçılıq etdiyi bu qrupun səfəri sayca 11-ci olub.
Səfərdə 13 ölkədən - ABŞ, Böyük Britaniya, Almaniya, İsveçrə, Norveç, İsveç, Portuqaliya, Filippin, Polşa, Macarıstan və başqalarından səyahətçilər iştirak edirlər.
"Most traveled People (MTP)" teqi üzrə xəbərlər
- Lakşmi Partasarati: "Beynəlxalq ictimaiyyət mina problemini həll etmək üçün birləşməlidir"
- Çarlz Veyli: "Mina təhlükəsi Qarabağın sürətli inkişafına ciddi maneədir"
- Beynəlxalq səyyahlar Füzuli rayonuna səfər ediblər
- Polşalı səyyah Xudafərin körpüsünün UNESCO-nun Ümumdünya İrs Siyahısına salınmasını vacib sayır
- Amerikalı səyyah: "Dinc sakinlərin ölümü faciədir"
Rəylər